Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Müsəlman Şərqinin ilk parlamentinin vətəni Azərbaycandır
Müsəlman Şərqinin ilk parlamentinin vətəni AzərbaycandırÖlkəmizdə də parlamentarizm prosesi tarixi ənənələrə malikdir. Azərbaycan parlamentinin cəmiyyətdə yeri və dövlət idarəçiliyində rolunu tam anlamaq üçün ölkədə parlamentarizmin inkişafını nəzərdən keçirmək lazımdır. Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk Respublika idi. “Müstəqillik haqqında” Akta əsasən müvəqqəti yaranan Milli Şuranı parlament xarakterli təsisat saymaq olar. 1918-ci il noyabrın 20-də Milli Şura “Azərbaycan Cümhuriyyətinin Parlamenti haqqında” Qanun qəbul etmişdir. Bu Qanuna əsasən 120 deputatdan ibarət birpalatalı parlamentdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların və yaşayan bütün milli azlıqların nümayəndələri təmsil olunmalı idi. Qanuna əsasən müsəlman dünyasında ilk dəfə qadınlara seçki hüququ verilirdi. Orada göstərilmişdi ki, “qanunverici orqan ölkənin bütün əhalisini təmsil etməli və xalqın iradəsini əks etdirməlidir”. Qanuna əsasən Azərbaycan parlamentinin ilk açılış iclası 3 dekabr tarixinə təyin edilmişdi. Ancaq o zaman ictimai-siyasi vəziyyət gərgin idi. Buna baxmayaraq 1918-ci il dekabr ayının 7-də Azərbaycan Respublikası Parlamentinin ilk iclası keçirildi. Demokratik prinsiplərə əsaslanan Azərbaycan parlamenti 25 yanvar 1919-cu ildə “Hakimiyyət bölgüsü haqqında” Qanun qəbul etdi. Bu Qanun qanunverici hakimiyyətin icra hakimiyyətindən ayrılmasını və deputatın dövlət qulluqçusu vəzifəsinin icrasına məhdudiyyətini nəzərdə tuturdu. O zaman Azərbaycanda demokratik parlamentin fəaliyyəti qısa müddət davam etdi. Parlament “bolşeviklərin” təzyiqi altında gərgin müzakirələrdən sonra “Hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında” qərar qəbul etdi. Qərarda hakimiyyəti qəbul edən “bolşeviklərin” qarşısında müstəqilliyin saxlanılması, “bolşeviklərin” yaratdığı hökumətin müvəqqəti olması və s. şərtlər qoyuldu. Lakin “bolşeviklər” qəbul etdikləri şərtlərə əməl etmədilər. 1920-ci il aprelin 28-də RK(b)P-nin qərarı ilə təşkil olunan Azərbaycan Müvəqqəti İnqilab Komitəsi (Azərbaycan Hərbi-İnqilab Komitəsi, Azərbaycan İnqilab Komitəsi) respublikanın ali dövlət hakimiyyəti orqanı elan edildi. Artıq Azərbaycanın siyasi müstəqilliyi də tamamilə formal xarakter daşıyırdı. (Davamı var)

AVCİYA Mətbuat Xidməti
Tarix: 26 Avqust 2010   |  Oxunub: 103 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net