|
Mərkəzi Seçki Komissiyasının (MSK) Binəqədi rayonu ərazisində yeni tikilmiş binası istifadəyə verilib. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün prezident İlham Əliyev yeni inzibati binanın açılışında iştirak edib. Prezident açılışı bildirən qırmızı lenti kəsib və bina ilə yaxından tanış olub.
|