Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

PARTİYALAR BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ NEÇƏ NAMİZƏDLƏ QATILAÇAQ?
Hazırda ölkənin siyasi həyatında elə də nəzərəçarpacaq aktivlik olmasa da, partiyalarda qarşıdakı bələdiyyə seçkilərinə hazırlıq gedir. Hələlik müxalifət partiyaları seçkilərə birlikdə, yaxud ayrı getmək barədə qərar qəbul etməyiblər, lakin bu istiqamətdə müzakirələr aparmaqla bərabər, hər biri öz daxilində namizədlərin müəyyənləşdirilməsi prosesinə başlayıb. Artıq demək olar ki, bəziləri bu işi başa çatdırmaq üzrədir. Bələdiyyə seçkilərində hər partiya neçə namizədlə iştirak edəcək? Bu seçkilərdə qələbə qazanmaq müxalifətə nə verər? Seçkilərin nəticələri bələdiyyələrin maliyyələşməsinə təsir edə bilərmi?Ümid Partiyasının funksioneri Nəsimi Məmmədli bildirdi ki, hazırda 3700-dən artıq namizəd müəyyənləşib, lakin bu proses davam edir: “Artıq partiyada daimi seçki qərargahının iş planı hazırlanıb. Namizədlərə lazım olan sənədlərin, hüquqi-normativ sənədlərin hazırlanması tamamlanmaq üzrədir. Partiya kimi bu istiqamətdə işlərimiz qənaətbəxşdir. Blok çərçivəsində də üzərimizə düşən işi yerinə yetirməyə çalışacağıq”. Ümid yetkilisinə görə, indiyə qədər bələdiyyələrdə müxalifətin birbaşa fəaliyyətinin olmaması seçkilərdə uğursuzluqlara səbəb olan amillərdəndir: “Biz müxalifət olaraq bələdiyyə seçkilərində iştirak edib seçilmiş üzvlərimizlə çox ciddi konseptual məsələləri həyata keçirmək niyyətindəyik. Bununla bağlı artıq proqram da hazırlanıb”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının sözlərinə görə, namizədlərin müəyyənləşdirilməsi prosesi hələ davam edir. Müsavat yetkilisi qeyd etdi ki, partiya irəli sürəcəyi namizədlərin xüsusilə nüfuzlu şəxslər olmasına önəm verir: “İnanırıq ki, bu cür adamların qələbəsi asan olacaq. Çalışacağıq ki, ölkə üzrə bələdiyyələrin mütləq əksəriyyətindən namizədlərimizi irəli sürək. Eyni zamanda, müəyyən bələdiyyələrdə nümayəndələrimizin bələdiyyə başqanı seçilməsinə çalışacağıq”. A.Hacılı bildirdi ki, əslində ölkədə normal demokratik cəmiyyət olsaydı, bələdiyyə seçkilərinin siyasi partiyaların maliyyələşməsinə təsiri təklifi normal qarşılanardı: “Çünki siyasi partiyaların gücü onların seçkilərdə aldığı səslərlə müəyyən edilməlidir. Düşünürəm ki, bu, kriteriyalardan biri olmalıdır”.
DUİ yetkilisi Pənah Hüseyn bildirdi ki, hələlik təşkilat daxilində seçkilərdə iştirak edib-etməmək barədə fikir ayrılığı var və yaxın günlərdə konkret qərar qəbul ediləcək. DUİ hazırda bələdiyyələr üzrə namizədlərin müəyyənləşdirilməsini həyata keçirir. İlkin rəqəmlərə görə, əksəriyyəti KXCP-dən olmaqla təxminən 2000 nəfərə yaxın namizəd müəyyənləşib: “Bilirsiniz ki, bələdiyyələrin birləşdirilməsi ilə bağlı qərar verildi, kiçik ölçülü adına böyük bələdiyyələr də birləşdirildi. Məsələn, mənim təmsil etdiyim Sabirabad rayonunda 80-dən yuxarı bələdiyyə vardı, indi 24-25 bələdiyyə qalıb. Namizədlərin bu çərçivədə müəyyən edilməsi yeni problemlər yaradıb. Yəqin ki, bir neçə günə bu məsələ həllini tapacaq”. P.Hüseynə görə, normal bələdiyyə institutu mövcud olarsa, bələdiyyələrdə çoxluq qazanmaq müxalifətin müəyyən məsələlərdə uğur qazanmasına səbəb olar: “Lakin hələlik bizdə bələdiyyəçilik formalaşmayıb. Açığı buna görə də bələdiyyə seçkilərində iştiraka o qədər maraq və həvəs yoxdur”.
/musavat.az/
Tarix: 24 Avqust 2009   |  Oxunub: 241 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net