Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Təşviqat qrupları seçicilərlə qapalı zallarda görüşlərə başlayacaq
Təşviqat qrupları seçicilərlə qapalı zallarda görüşlərə başlayacaq“Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda” təşviqat qrupları seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə qapalı zallarda görüşlərə başlayacaq. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, gələn həftədən paytaxtda və bir sıra rayonlarda belə görüşlərin keçirilməsi nəzərdə tutulub. Təşviqat qrupları ilk görüşlərini martın 1-də “Təbriz” kinoteatrında keçirəcəklər. A. Hacılının sözlərinə görə, bununla bağlı Təşviqat qrupları Mərkəzi Seçki Komissiyasına müraciət ediblər...
 Ətraflı
Tarix: 27 Fevral 2009   |  Oxunub: 295 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
MSK müxalifətçi təşviqat qruplarının vəkillərini və səlahiyyətli nümayəndələrini təsdiqləyib
MSK müxalifətçi təşviqat qruplarının vəkillərini və səlahiyyətli nümayəndələrini təsdiqləyibMərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Qarabağ və Respublika Uğrunda” təşviqat qrupunun 18 səlahiyyətli nümayəndəsi, 25 vəkili, “Respublikaçılar” təşviqat qrupunun isə 24 səlahiyyətli nümayəndəsi və 25 vəkili təsdiq olunub. MSK-nın keçmiş üzvü Ənvər Əliyev “Qarabağ və Respublika Uğrunda” təşviqat qrupunun, vəkil Osman Kazımov isə “Respublikaçılar” təşviqat qrupunun MSK-da məşvərətçi səs hüquqlu üzvləri kimi təsdiq edilib...
 Ətraflı
Tarix: 27 Fevral 2009   |  Oxunub: 344 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Seçki komissiyalarında 11 min 230 müşahidəçi qeydə alınıb
Seçki komissiyalarında 11 min 230 müşahidəçi qeydə alınıbMartın 18-də keçiriləcək referendumla bağlı indiyə qədər seçki komissiyalarında 11 min 230 müşahidəçi qeydə alınıb. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib. Müşahidəçilərin 566-sı MSK-da, 10 min 664-ü isə dairə seçki komissiyalarında qeydiyyata alınıb. MSK-da qeydiyyatdan keçən müşahidəçilər ölkə ərazisindəki istənilən seçki məntəqəsində, DSK-lara müraciət edən müşahidəçilər isə həmin DSK-nın ərazisindəki seçki məntəqələrində müşahidə apara biləcəklər./APA/
 Ətraflı
Tarix: 27 Fevral 2009   |  Oxunub: 304 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Beynəlxalq təşkilat Azərbaycanda referendumun gedişini müşahidə edəcək
Beynəlxalq təşkilat Azərbaycanda referendumun gedişini müşahidə edəcəkMBD müşahidəçilər missiyası Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üzrə referendumun gedişini müşahidə edəcək. “İcraiyyə Komitəsinin sədri - MDB-nın icraçı katibi Toktasın Buzubayevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 6-19-u aralığında Azərbaycanda olacaq”, - Trend News-a çərşənbə axşamı, Minskdən telefonla İcra Komitəsinin mətbuat katibi Mariya Qutsalo bildirib. Martın 18-də Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək. Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib. MBD müşahidəçilər missiyası Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üzrə referendumun gedişini müşahidə edəcək...
 Ətraflı
Tarix: 27 Fevral 2009   |  Oxunub: 293 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
10 siyasi partiya Ermənistanın hərbi təcavüzü ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
10 siyasi partiya Ermənistanın hərbi təcavüzü ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıbAzərbaycanın 10 siyasi partiyası Ermənistanın Azərbaycan qarşı hərbi təcavüzü və Qarabağın işğal edilməsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına, Avropa Parlamentinə, ATƏT-ə, AŞ PA-ya, ABŞ prezidenti Barak Obamaya, Rusiya prezidenti Dimitri Medvedevə, Fransa prezidenti Nikola Sarkoziyə və Azərbaycandakı xarici ölkə səfirliklərinə müraciət edib. APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, Ermənistan Rusiya hərbi hissələrinin köməyi ilə həyata keçirdiyi irimiqyaslı hərbi əməliyyatlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonunu işğal edib, eyni zamanda həmin ərazilərdə etnik təmizləmə həyata keçirib, 1 milyondan artıq azərbaycanlını ev-eşiyindən didərgin salıb. Bununla bağlı BMT Təhlükəsizlik Şurası 1993-cü ildə erməni silahlı birləşmələrinin dərhal və qeyd-şərtsiz olaraq işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması haqqında 4 qətnamə qəbul edib...
 Ətraflı
Tarix: 27 Fevral 2009   |  Oxunub: 314 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Referendumla bağlı təbliğat aparacaq təşviqat qruplarının hər birinə 23 min manat vəsait ayrılacaq
Referendumla bağlı təbliğat aparacaq təşviqat qruplarının hər birinə 23 min manat vəsait ayrılacaqAzərbaycanda referendumla bağlı təbliğat aparacaq təşviqat qruplarının hər birinə 23 min manat vəsait ayrılacaq, Trend News-un məlumatına görə, çərşənbə günü keçirilən iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. “Buna baxmayaraq, qanunvericilik hər bir təşviqat qrupunun 4 mln. manata qədər ianə toplamasına da imkan verir”, - Pənahov əlavə edib.Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start verəcəklər. Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.
 Ətraflı
Tarix: 19 Fevral 2009   |  Oxunub: 298 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
YAP müxalifət qüvvələrini qanunvericiliyə uyğun təbliğat kampaniyası aparmağa çağırır
YAP müxalifət qüvvələrini qanunvericiliyə uyğun təbliğat kampaniyası aparmağa çağırırAzərbaycanın hakim partiyası hesab edir ki, referendumla bağlı qeydiyyatdan keçən müxalif qüvvələrin təsis etdikləri təşviqat qrupları təbliğat kampaniyası zamanı qanunun tələblərinə əməl etməlidir. “Qanuna müvafiq olaraq, Bakının 11 rayonunun hər birində təbliğat kampaniyası zamanı açıq və qapalı tədbirlərin keçirilməsi üçün müvafiq yerlər ayrılıb. Müxalifətin hər hansı tədir keçirməsi üçün digər yerləri tələb etməsi qanunlara hörmətsizlikdir” - Trend News-un məlumatına görə, çərşənbə günü hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Siyavuş Novruzov bildirib.
Təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər. Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.
 Ətraflı
Tarix: 19 Fevral 2009   |  Oxunub: 304 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Müxalifətin referendumla bağlı təsis edilən təşviqat qrupu pulsuz efir vaxtının az ayrılmasına etiraz edir
Müxalifətin referendumla bağlı təsis edilən təşviqat qrupu pulsuz efir vaxtının az ayrılmasına etiraz edirAzərbaycanın müxalif partiyasının referendumla bağlı təsis etdiyi təşviqat qrupu televiziya və radioda pulsuz efir vaxtının az ayrılmasına etiraz edir. “Bizim etirazlara baxmayaraq nə efir vaxtının həcmində, nə çıxışların efirə verilmə zamanında, nə də çıxışların formatında heç bir dəyişiklik edilməyib”, - çərşənbə günü TrendNews-a “Respublikaçılar” təşviqat qrupunu təsis edən Müsavat Partiyasından bildirilib.
Təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər.
Mərkəzi Seçki Komissiyasının qərarı ilə həftə ərzində bir dəfə 90 dəqiqə İctimai Televiziyada, 90 dəqiqə isə İctimai Radioda efir vaxtı müəyyənləşdirilib.
 Ətraflı
Tarix: 19 Fevral 2009   |  Oxunub: 308 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Ödənişsiz efir vaxtı təklif olunan əlavə və dəyişikliyin müzakirəsi üçün ayrılıb
Ödənişsiz efir vaxtı təklif olunan əlavə və dəyişikliyin müzakirəsi üçün ayrılıbMərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov təşviqat qruplarını referendumla bağlı ayrılmış ödənişsiz efir vaxtından səmərəli istifadə etməyə çağırıb. APA-nın məlumatına görə, MSK sədri jurnalistlərə açıqlamasında bildirib ki, ödənişsiz efir vaxtı yalnız referenduma çıxarılan 29 maddəyə təklif olunan 41 əlavə və dəyişikliyin müzakirəsi üçün ayrılıb: “Təşviqat qruplarının nümayəndələri bilməlidirlər ki, orada başqa məsələlərin müzakirə olunması qəti yolverilməzdir. Qanunun tələbinə əsasən efir vaxtı yalnız həmin məqsəd üçün istifadə olunmalıdır”.
 Ətraflı
Tarix: 19 Fevral 2009   |  Oxunub: 286 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
AVCİYA Referendumla bağlı geniş fəaliyyət proqramını həyata keçirir
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 18 mart 2009–cu il tarixidə keçiriləcək refendumla bağlı geniş fəaliyyət proqramını mərhələlər üzrə həyata keçirir. Bununla bağlı AVCİYA Seçki Qərargahı referenduma hazırlıq mərhələsini, referendum gününü və referendumdan sonrakı proseslərin monitorinqini həyata keçirmək üçün yanvar ayının 10–dan intensiv fəaliyyətə başlayıb. Monitorinq prosesində 15 qəzet («Azərbaycan», «Yeni Azərbaycan», «Üç nöqtə», «Həftə içi», «Xalq cəbhəsi», «Ədalət», «Şərq», «Səs», «Yeni Müsavat», «Azadlıq», «Bizim yol», «Exo», «Zerkalo», «Ekspress», «525-ci qəzet») və 4 telekanalın (İTV, Az.TV, ANS, Lider) fəaliyyətinin də müşahidəsi həyata keçirilir.
 Ətraflı
Tarix: 18 Fevral 2009   |  Oxunub: 198 dəfə   |   Kateqoriya: Tədbirlər » Pres-relizlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net