Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

İlham Əliyevin bir sıra şəhər və rayonda seçicilərlə görüşü keçirilib
'304;lhamYeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin seçki kampaniyası çərçivəsində oktyabrın 6-da ölkənin bir sıra şəhər, rayon və kəndlərində seçicilərlə görüşlər keçirilib. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu gün İ. Əliyevin vəkilləri, elm, mədəniyyət və ictimai xadimlərindən təşkil olunmuş təbliğat-təşviqat qrupunun üzvləri Biləsuvar, Qəbələ, Siyəzən, Ucar, Ağcabədi, Ağsu, Ağstafa, Qax, Xızı, Yasamal, Binəqədi, Nərimanov, Suraxanı, Qaradağ, Abşeron rayonlarında və Sumqayıt şəhərində mitinq-görüşlər keçiriblər. Mitinq-görüşlərdə İ. Əliyevin səlahiyyətli nümayəndəsi, YAP sədrinin müavini Əli Əhmədov, prezidentliyə namizədin vəkilləri - deputatlar Fəttah Heydərov, Mixail Zabelin, Mirkazım Kazımov, İmamverdi İsmayılov, Əhəd Abıyev, Rəbiyyət Aslanova, Ağacan Abıyev və digər şəxslər iştirak ediblər. /APA/
 Ətraflı
Tarix: 7 Oktyabr 2008   |  Oxunub: 118 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Goranboyda seçicilərlə görüş keçirib
'Prezidentliy601;Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Goranboyda seçicilərlə görüş keçirib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) APA-ya verilən məlumata görə, Q. Həsənquliyev regionlarda insanların qarşılaşdığı gündəlik problemlərdən çıxış yolları, təhsil və səhiyyə sahəsində həyata keçirmək istədiyi yeniliklər barədə danışıb. O, prezident seçiləcəyi təqdirdə bölgələrdəki işsizlik probleminin həlli üçün zəruri addımların atılacağını söyləyib. Namizəd Dağlıq Qarabağ problemi və ordu quruculuğuna da toxunaraq hərbçilərin minimum əmək haqlarının 1000 manata çatdırılmasının, onların mənzil probleminin həlli üçün xüsusi dövlət proqramının hazırlanaraq həyata keçirilməsinin zəruriliyini vurğulayıb: “Orduya dövlət və ictimai nəzarət gücləndirilməli, Neft Fonduna toplanan vəsaitlərin 80 faizi müdafiə sənayesinin inkişafına və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldilməlidir. Bununla yanaşı, peşəkar ordu quruculuğu prosesi tez bir zamanda həyata keçirilməli və hərbi xərclər büdcənin 25-27 faizinə çatdırılmalıdır”. Prezidentliyə namizəd sonda seçiciləri maraqlandıran suallara cavab verib. /APA/
 Ətraflı
Tarix: 7 Oktyabr 2008   |  Oxunub: 134 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
ATƏT-in müşahidə missiyası seçkilərlə bağlı ikinci hesabatını açıqlayıb
'AT399;T-inATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda seçkiləri missiyası ikinci hesabatını açıqlayıb.
APA-nın məlumatına görə, hesabatda bildirilir ki, ölkədə seçkiqabağı atmosfer sakitdir: “Seçkilərə ictimai maraq azdır, buna səbəb parlaq rəqabətin olmamasıdır. Seçkilər ərəfəsində yalnız Yeni Azərbaycan Partiyası aktiv kampaniya aparır. Digər namizədlər də təbliğat kampaniyası aparsa da, bu proses aktiv deyil”. Hesabatda qeyd olunub ki, paytaxt rəhbərliyi “Sərbəst toplaşmaq azadlığı haqqında qanun”u əsas gətirərək seçkiləri boykot edən müxalifət partiyalarına Bakının mərkəzində mitinq keçirməyə icazə verməyib: MSK seçkilərə aktiv şəkildə hazırlaşır. Mərkəzi Seçki Komissiyası seçki prosesini daha şəffaf təşkil etmək üçün veb-kameralar quraşdırmağı planlaşdırır. İctimai Televiziya ilə keçirilən mütəmadi debatlar bütün namizədlərə öz platformalarını təqdim etmək imkanı yaradır”. /APA/
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 123 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
ATƏT-in müşahidəçiləri yenidən AVCİYA-nın Saatlı ofisində olmuşlar
ATƏT-in  müşahidəçiləri yenidən AVCİYA-nın  Saatlı  ofisində olmuşlarBu gün ATƏT-in müşahidə missiyasının üzvləri AVCİYA-nın Saatlı rayonundakı ofisində olmuş və Assosiasiyanın regional nümayəndəliyinin Prezident seçkiləri ilə bağlı fəaliyyəti ilə maraqlanmışlar. AVCİYA-nın ölkə üzrə bütün mətəqələrdə seçkiləri müşahidə edəcəyi və “ELS” təşkilatı ilə birlikdə 800 məntəqədə “exit- poll”, “quick- count” tədqiqatları aparacağı müşahidə missiyasının nəzərinə çatdırılıb. Qonaqlar həmçinin AVCİYA –nın nəşr etdirdiyi seçki materialları ilə də tanış olmuşlar.
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 115 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Prezidentliyə namizəd İlham Əliyevin vəkilləri Göyçayda seçicilərlə görüşüblər
'Prezidentliy601;Dünən Göyçayda Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin vəkillərinin seçicilərlə görüşü keçirilib. APA-nın Aran bürosunun məlumatına görə, Göyçay şəhər stadionunda keçirilən görüşdə İlham Əliyevin vəkilləri - Milli Məclis üzvləri Şəmsəddin Hacıyev, Elton Məmmədov, Sabir Hacıyev və “İrəli” Gənclər Hərəkatının sədri Ceyhun Osmanlı iştirak edib. Görüşdən sonra incəsənət ustalarının iştirakı ilə konsert proqramı olub.

İlham Əliyevin vəkilləri Göyçay rayonunun bir sıra kəndlərində də seçicilərlə görüşüblər. /APA/
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 143 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Qanunvericilik bazası prezident seçkilərinin demokratik keçirilməsinə hər cür imkan verir
'QanunvericilikMilli Məclisin sədri Oqtay Əsədov ATƏT-in Seçkiləri müşahidə missiyasının rəhbəri Boris Frlesi qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə O. Əsədov Avropa dəyərlərindən bəhrələnən Azərbaycanda qanunvericilik sistemin dünya standartları səviyyəsinə yüksəltmək üçün məqsədyönlü iş aparıldığını deyib. Spiker Azərbaycanda növbəti prezident seçkilərinin demokratik, şəffaf, ədalətli keçirilməsi üçün müvafiq işlərin görüldüyünü, Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklər edildiyini bildirib.

B. Frles Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna edilmiş dəyişiklikləri müsbət dəyərləndirib: “Azərbaycanın bugünkü qanunvericilik bazası prezident seçkilərinin demokratik keçirilməsinə hər cür imkan verir”. O, ümidvar olduğunu bildirib ki, Azərbaycandakı prezident seçkiləri azad, şəffaf və demokratik şəraitdə keçiriləcək. /APA/
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 150 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Prezidentliyə namizəd Fazil Mustafayev Şirvanda seçicilərlə görüşüb
'Prezidentliy601;Oktyabrın 5-də Böyük Quruluş Partiyasından prezidentliyə namizəd Fazil Mustafayev Şirvanda seçicilərlə görüş keçirib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, görüşdə Fazil Mustafayev seçicilərə seçki platforması barədə məlumat verib, onların suallarını cavablandırıb.

Namizədin çıxışı, əsasən, Azərbaycanın neft ölkəsindən rifah ölkəsinə çevrilməsi ruhunda olub. Görüşü ATƏT nümayəndələri də müşahidə edib. /APA/
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 148 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Müşahidə aparmaq məqsədi ilə MSK-ya müraciət üçün müəyyən edilmiş müddət başa çatıb
Müşahidə aparmaq məqsədi ilə MSK-ya müraciət üçün müəyyən edilmiş müddət başa çatıbOktyabrın 15-də keçiriləcək prezident seçkilərində müşahidə aparmaq məqsədi ilə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət üçün müəyyən edilmiş müddət başa çatıb. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, MSK-nın qəbul etdiyi Təqvim Planına görə, müşahidəçilərin qeydiyyatı səsverməyə 10 gün qalana kimi davam edir. MSK-da qeydiyyatdan keçən şəxslər ölkə ərazisində istənilən seçki dairəsində və seçki məntəqəsində müşahidə aparmaq hüququna malikdirlər. A. Sarıyev bildirib ki, MSK-ya müraciət edən yerli və xarici müşahidəçilərin hamısının müraciətinə baxılmadığından yekun nəticə hələlik bəlli deyil. Sonuncu hesablamaya görə mindən çox şəxs MSK-da qeydiyyatdan keçib.

A. Sarıyev Dairə Seçki Komissiyalarında müşahidəçilərin qeydə alınmasının səsverməyə 5 gün qalana kimi davam edəcəyini bildirib. /APA/
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 134 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Ukrayna səfiri MSK sədri Məzahir Pənahovla görüşüb
'UkraynaUkraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Boris Klimçuk bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş keçirib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfir oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə hazırlıq vəziyyəti ilə maraqlanıb. MSK sədri isə seçkilərə hazırlıqla bağlı həyata keçirilən tədbirlər, seçki komissiyalarının fəaliyyət prinsipləri və s. vacib seçki məsələləri barədə məlumat verib. Görüşdə həmçinin, Azərbaycan və Ukrayna MSK-ları arasında əməkdaşlıq barədə memorandumun imzalandığı qeyd olunub və komissiyaların altı ildir ki, bu sənədə uyğun olaraq təcrübə mübadiləsi apardıqları bildirilib. /APA/
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 125 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Qüdrət Həsənquliyev: “Prezidentliyə namizədliyimi kiminsə xeyrinə geri götürmək fikrim yoxdur”
'Q252;dr601;tPrezidentliyə namizəd Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

- Təbliğat kampaniyası necə gedir?

- Kampaniya normal gedir. Lakin bizim təbliğat imkanlarımız iqtidar nümayəndəsi ilə müqayisədə məhduddur. Azərbaycan dövlət televiziyası hazırda Seçki Məcəlləsini pozaraq, yalnız prezidentin təbliğatı ilə məşğul olur. Düzdür, Seçki Məcəlləsində qeyd olunub ki, prezident kampaniya dövründə öz səlahiyyətlərini davam etdirir, deməli, onun prezident kimi fəaliyyəti də işıqlandırılmalıdır. Amma dövlət televiziyası hazırda sırf təbliğatla məşğul olur. Mən və daha bir neçə prezidentliyə namizəd də parlamentdə deputat kimi çıxış edirik, amma dövlət televiziyası bizimlə bağlı adi bir görüntü belə vermir.

Həmçinin, məqsədyönlü şəkildə parlamentdəki iqtidar çoxluğu Mərkəzi Seçki Komissiyasını formalaşdırmadı. Mən bu məsələni Milli Məclisdə də qaldırdım, qanunda da əks olunub ki, azlıqda qalan partiyalar MSK-ya 6 nümayəndə təyin edə bilər. Bir nəfər isə bitərəflərin nümayəndəsi kimi razılaşdırılır. Lakin bu heç də belə olmadı, iki yer boş saxlanıldı. Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə ictimaiyyətə yanlış informasiya verərək, guya bizim öz aramızda razılaşa bilmədiyimizi söyləyir. Halbuki, digər 4 yerə üzv təyin olunanda da hər hansı razılaşma əldə olunmamışdı.

Başqa bir nöqsan isə İctimai Televiziyada bizə ayrılan pullu efir vaxtı ilə bağlıdır. Qanunda göstərilib ki, pullu efir vaxtı pulsuz efir vaxtı qədər və ya ondan iki dəfə çox ola bilər. Bizdə isə 4 namizədə 5 dəqiqəlik efir vaxtı ayrılır.

Digər televiziyalar isə seçki təbliğatı prosesində ümumiyyətlə iştirak etmirlər. Yalnız ANS bu prosesə qoşulub. Bu televiziya isə yalnız reklam çarxları yayımlayır, çıxış üçün efir vaxtı ayırmır.

- Yerlərdə təbliğat kampaniyasının aparılması üçün şərait necədir? Məsələn, plakatlar cırılırmı və ya seçicilərlə görüş üçün yerlər ayrılırmı?

- Kütləvi olaraq, plakat cırılması halı yoxdur. Sadəcə, bir-iki yerdə xuliqanlıq faktı kimi belə hallar qeydə alına bilər. Amma bu çox epizodikdir. Seçicilərlə görüşlər üçün də normal şərait var. Daha doğrusu, bu şərait yerlərə görə dəyişir. Məsələn, mənim Qusar və Xaçmazda seçicilərlə görüşüm üçün rayon mərkəzlərində çox gözəl yerlər ayrılmışdı. Göyçayda da zalın vəziyyəti yaxşı idi, amma mərkəzdən uzaqda idi. Lənkəranda isə həm yer bərbad idi, həm də çox uzaq idi. Lənkəranda görüşün baş tutmamasına da çalışıldı. Amma digər rayonlarda belə hallar olmayıb.

- Seçki kampaniyası dövründə paytaxtda mitinq keçirməyi planlaşdırırsınızmı?

- Bəli, hava şəraitindən asılı olaraq, ya mitinq, ya da qapalı görüş keçirməyi nəzərdə tuturuq. Artıq görüş keçirmək üçün müraciət də etmişik. Müraciətdə Opera və Balet Teatrının binasını istəmişik.

- Bu seçki kampaniyası ilə bağlı ölkədə çox fərqli fikirlər var. Kampaniyanın sakit keçməsi əsas müzakirə mövzularından biridir. Necə hesab edirsiniz, seçki belə olmalıdır, yoxsa daha böyük hay-küyə ehtiyac var?

- Bu mülahizələrin ortaya çıxmasının çox səbəbi var. Əvvəla, bu seçkiyə elektron informasiya vasitələrinin ayırdığı vaxt çox azdır. Bu KİV-lərin seçki təbliğatdakı rolu çox zəifdir. Müxalifətdən olan namizədlərin efir imkanları isə xeyli məhduddur. İkincisi, hər seçkidə ölkənin seçki sivilizasiyasına uyğunlaşması bir az daha artır. Yəni, sözü qışqıra-qışqıra deyil, sakit tərzdə, real formada deməyi öyrənənlərin sayı artır.

Məsələn, mən bizim partiyadan başqa öz platformasını ortaya qoyan ikinci namizədə rast gəlmirəm. Bəzi namizədlər yalnız sual verir, olan problemləri sadalayırlar, YAP-dan olan vəkillər isə ancaq tənqidlərə cavab verir və görülmüş işlərdən danışırlar. Bizdən başqa, ölkədəki mövcud problemlərin köklü, fundamental həlli yolları ilə bağlı ortaya variant qoyan ikinci partiya yoxdur. Bizim platformamızda Konstitusiya, səhiyyə və təhsil islahatları, Dağlıq Qarabağ problemi, iqtisadi sahə ilə bağlı bütün görüşlər öz əksini tapıb. Məsələn, biz deyirik ki, yanvar ayının birindən pensiyaçılar 500, müəllimlər və həkimlər 600 manat alacaq. Hər yeni doğulan uşağa görə, ailələrə 5000 manat veriləcək. Biz deyirik ki, regionların inkişafı üçün yaradılacaq istehsal və emal müəssisələri 2 il vergidən azad olunacaq. Bu gün regionlarda tikilən idman kompleksləri və diaqnostika mərkəzləri üçün dövlət büdcəsindən 1 manat belə sərf olunmayacaq. Biz bu işləri müsabiqə yolu ilə həll edəcəyik. Bu, bizim platformamızın bir hissəsidir və əgər seçicilər bizim dediyimiz prizmadan buna yanaşsalar, inanıram ki, bizə səs verəcəklər.

- Namizədliyinizi kiminsə xeyrinə geri götürmək fikriniz yoxdur ki?

- Xeyr, sona qədər mübarizə aparacağam. /APA/
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 131 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycandakı seçkiqabağı vəziyyəti öyrənir
'AvropaAvropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter SemnebiAzərbaycandakı seçkiqabağı vəziyyəti öyrənir.
Bazar ertəsi Aİ xüsusi nümayəndəsinin Azərbaycanın rəsmi şəxsləri, siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri başlayıb.
Semnebinin seçkiqabağı vəziyyətlə tanış olması üçün Azərbaycan XİN və MSK-da görüşləri planlaşdırılıb. /Trend/
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 124 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanda seçkilərdə iştirak etməyən müxalifət partiyası seçkini müşahidə edəcək
'Az601;rbaycandaAzərbaycanın müxalif Milli İstiqlal Partiyası (AMİP) prezident seçkilərində namizədi ilə iştirak etməsə də, səsvermə prosesini müşahidə edəcək. Bu məlumatı Trend News-a bazar ertəsi AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov verib.

«Seçkiləri müşahidə etmək üçün bir müddət əvvəl rayon təşkilatlarına müvafiq dairələrdə qeydiyyatdan keçmək üçün tapşırıq verilib. Son məlumatlara görə, artıq partiya ölkə üzrə seçki dairələrinin 90 faizindən çoxunda müşahidə imkanı qazanıb», - Orucov bildirib.

AMİP funksionerinin sözlərinə görə, seçkilərdə müşahidəçi qismində iştirak etməklə həm seçki prosesini yaxından izləmək, həm də yol veriləcək qanunsuzluqlar barədə daha ətraflı məlumat toplamaq imkanı qazanacaqlar. /Trend/
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 119 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Geri dön << 1 2 3 ... 23 24 25 26 >> İrəli
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net