Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Qulamhüseyn Surxay oğlu Əlibəyli
Qulamhüseyn Surxay oğlu ƏlibəyliOrta məktəbi qızıl medalla, Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Hazırda həmin Universitetin Konstitusiya hüququ kafedrasının baş müəllimidir. Hüquq elminin müxtəlif sahələrinə aid onlarla məqalə və monoqrafiyaların müəllifidir.
 Ətraflı
Tarix: 8 Oktyabr 2008   |  Oxunub: 164 dəfə   |   Kateqoriya: Seçkilər haqqında » Namizədlər
Hacıyev Hafiz Ələmdar oğlu
Hacıyev Hafiz Ələmdar oğluHacıyev Hafiz Ələmdar oğlu 1956-cı ilin aprel ayının 16-da Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1962-63-cü dərs ilində Zod kənd orta məktəbinə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirmiş və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndis fakültəsinə daxil olmuş, 1979-cu ildə həmin ali məktəbi bitirmişdir. 1988-ci ildən biologiya elmləri namizədidir.

 Ətraflı
Tarix: 8 Oktyabr 2008   |  Oxunub: 163 dəfə   |   Kateqoriya: Seçkilər haqqında » Namizədlər
Qüdrət Müzəffər oğlu Həsənquliyev
Qüdrət Müzəffər oğlu HəsənquliyevQüdrət Müzəffər oğlu Həsənquliyev 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində anadan olub.

1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Nəsimi rayon prokurorluğunda müstəntiq,
Dövlət katibinin köməkçisi,

 Ətraflı
Tarix: 8 Oktyabr 2008   |  Oxunub: 235 dəfə   |   Kateqoriya: Seçkilər haqqında » Namizədlər
Mustafayev Fazil Qəzənfər oğlu
Mustafayev Fazil Qəzənfər oğluMustafayev Fazil Qəzənfər oğlu 1965-ci il oktyabrın 19-da Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Fəlsəfə elmləri namizədidir. 1 elmi əsərin və onlarca məqalənin müəllifidir. Rus dilini bilir.

1991-ci ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, 1998-2001-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini vəzifələrində çalışmışdır.
 Ətraflı
Tarix: 8 Oktyabr 2008   |  Oxunub: 162 dəfə   |   Kateqoriya: Seçkilər haqqında » Namizədlər
Fuad Ağası oğlu Əliyev
Fuad Ağası oğlu ƏliyevFuad Ağası oğlu Əliyev 1970-ci il aprelin 4-də Bakıda anadan olub.
Xarici Dillər İnstiitutunu bitirib.
Keçmiş 26 Bakı Komissarı (indiki Səbail) rayon komsomol komitəsində, 1995-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kooperativ idarəsində işləyib.
 Ətraflı
Tarix: 8 Oktyabr 2008   |  Oxunub: 153 dəfə   |   Kateqoriya: Seçkilər haqqında » Namizədlər
AVCİYA prezident seçkiləri ilə bağlı KİV-də aparılan monitorinqin nəticələrini açıqlayıb
'AVC304;YAAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) prezident seçkiləri ilə bağlı KİV-də apardığı monitorinqin bir aylıq nəticələrini açıqlayıb. Assosiasiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, monitorinq səsvermə gününədək davam edəcək. Monitorinq 7 telekanal, 8 gündəlik qəzetin fəaliyyətini əhatə edir.

Ötən müddət ərzində telekanallarda seçkiyə aid ümumilikdə 327 informasiya yayımlanıb ki, onlardan 295-i rəsmi və ümumi, beynəlxalq missiyalar, seçki prosesinin monitorinqinə dair xəbərlər, 17-i tok-şou, dəyirmi masa, 105-i isə namizədlər haqqında məlumatlar və siyasi reklamdır. Bu müddətdə ATV və Lider telekanalları istisna olunmaqla özəl telekanallarda namizədlərin ödənişli efir vaxtı qeydə alınmayıb. AzTV, “Space” və “Lider” telekanallarının seçki prosesi ilə bağlı ümumi məlumatlarının 67%-i fəaliyyətdə olan prezident və hökumət üzvləri, 26%-i MSK-ın məlumatları və beynəlxalq müşahidəçilər, yerdə qalan 7%-i isə digər namizədlər barəsindədir. Ümumilikdə isə seçki ilə bağlı məlumatlar daha çox İctimai Televiziyada yayımlanıb.

Monitorinqə cəlb edilmiş 8 qəzet ötən müddət ərzində ümumilikdə 862 material dərc edib ki, onlardan 502-i ümumi məlumatlar və beynəlxalq missiyaların seçki ilə bağlı rəy və çıxışları, 360-ı isə namizədlər və seçkiləri boykot edən müxalifət partiyaları haqqındadır. /APA/
 Ətraflı
Tarix: 7 Oktyabr 2008   |  Oxunub: 128 dəfə   |   Kateqoriya: KİV-in monitorinqi
Namizədlərin öz namizədliklərini geri götürməsi üçün müddət başa çatıb
'Namiz601;dl601;rinOktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyini irəli sürmüş şəxslərin öz namizədliyini geri götürməsi üçün müəyyən olunmuş müddət başa çatıb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq səsverməyə 10 gün qalana qədər namizədliyi geri götürmək mümkündür. Bu müddətdən sonra hər hansı şəxs namizədliyindən imtina edərsə, o zaman Mərkəzi Seçki Komissiyası (MSK) bu barədə hər hansı məlumat yaymaq, əhalini məlumatlandırmaq səlahiyyətində deyil. Qeyd edək ki, Azərbaycanda prezident seçkilərində 7 namizəd iştirak edir. /APA/
 Ətraflı
Tarix: 7 Oktyabr 2008   |  Oxunub: 127 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanıb
'Se231;kiMərkəzi Seçki Komissiyası (MSK) tərəfindən nəşr edilmiş seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesi başlayıb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq bülletenlərin DSK-lara paylanması prosesi səsverməyə 5 gün qalana kimi yekunlaşmalıdır. Səsverməyə 3 gün qalana qədər isə bülletenlər DSK-lar tərəfindən məntəqə seçki komissiyalarına paylanacaq.

Qeyd edək ki, prezidentliyə 7 namizəd var. Namizədlərin adları bülletenlərə soyadlarının əlifba sırası ilə yazılıb. /APA/
 Ətraflı
Tarix: 7 Oktyabr 2008   |  Oxunub: 111 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli Gəncədə seçicilərlə görüşüb
'Prezidentliy601;Prezidentliyə bitərəf namizəd Qulamhüseyn Əlibəyli Gəncədə seçicilərlə görüş keçirib. Namizədin seçki qərargahından APA-ya daxil olan məlumata görə, görüşdə namizədin vəkili Etibar Allahverdiyev Q. Əlibəylinin həyat və fəaliyyəti, Milli Azadlıq Hərəkatında iştirakı, millət vəkili kimi fəaliyyəti barədə seçicilərə geniş məlumat verib.

Q. Əlibəyli isə çıxışında öz seçki platforması barədə məlumat verib, əhalinin sosial vəziyyəti, insan haqları, demokratik problemlər, hüquq bərabərliyi və digər sahələrdə olan problemlərdən danışıb, bu vəziyyətdən çıxış yollarına toxunub. Q. Əlibəyli hər zaman siyasi qüvvələrin seçkilərdə iştirakına tərəfdar olduğunu, məhz buna görə seçkilərə qatılmaq qərarı verdiyini bildirib. O, seçkidən başqa hakimiyyət məsələsini həll edə biləcək vasitənin olmadığını vurğulayıb: “Keçdiyim yol Azərbaycan dövlətinin idarə olunmasında iştirakıma imkan verir. Ona görə də, bu hüquqdan istifadə etməyə çalışıram. Məqsədimə nə dərəcədə nail olacağım isə mənə səs vermək istəyən seçicilərdən və təbii ki, hakimiyyətin seçkini necə yekunlaşdırmaq istəyindən asılıdır”.

Q. Əlibəylinin sözlərinə görə, bu gün Azərbaycanın problemləri çox olsa da, başlıca problem Qarabağ məsələsidir. O, Azərbaycan hakimiyyətinin Qarabağ məsələsində güzəştli mövqe tutduğunu bildirib və ümumilikdə Minsk Qrupundan imtina edilməsinin vacib olduğunu qeyd edib.

Prezidentliyə namizəd bildirib ki, Azərbaycanda sosial problemlər kifayət qədərdir, əhali çətin vəziyyətdə yaşayır. O, həkimlərin, müəllimlərin əməkhaqlarının artırılmasının vacib olduğunu bildirib. Bundan əlavə Q. Əlibəyli Azərbaycanda idarəetmə mexanizminin düzgün təşkil olunmadığını qeyd edib: “Prezident seçilsəm, ilk addım kimi prezidentin səlahiyyətlərini referendum yolu ilə xeyli məhdudlaşdırmağa çalışacağam”. /APA/
 Ətraflı
Tarix: 7 Oktyabr 2008   |  Oxunub: 117 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Prezidentliyə namizəd Fazil Qəzənfəroğlu Masallıda seçicilərlə görüş keçirib
'Prezidentliy601;Böyük Quruluş Partiyasının (BQP) Fazil Qəzənfəroğlu Masallıda seçicilərlə görüş keçirib. Namizədin seçki qərargahından APA-ya daxil olan məlumata görə, Masallıda görüş Nizami Gəncəvi adına Mədəniyyət Evində baş tutub. Görüşə Masallı sakinləri ilə yanaşı, cənub bölgəsinin Lənkəran, Yardımlı, Astara, Biləsuvar və Cəlilabad rayonlarından olan seçicilər də qatılıb. F. Qəzənfəroğlu çıxışında seçki platforması ilə bağlı seçicilərə məlumat verib. Namizəd təhsil sahəsində olan problemlərdən danışıb, çıxış yollarını göstərib. Görüşün sonunda prezidentliyə namizəd seçiciləri maraqlandıran sualları cavablandırıb. /APA/
 Ətraflı
Tarix: 7 Oktyabr 2008   |  Oxunub: 108 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
MDB müşahidə missiyası prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb
'MDBMüstəqil Dövlətlər Birliyinin (MDB) oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləyəcək missiyası 389 nəfərdən ibarət olacaq.
APA-nın məlumatına görə, bu barədə missiyanın qərargah rəhbəri Yevgeni Sloboda bu gün missiyanın hazırladığı aralıq hesabatını təqdim edərkən deyib. O bildirib ki, müşahidəçilər MDB-yə daxil olan ölkələrin parlamentlərinin üzvləri, Mərkəzi Seçki komissiyalarının nümayəndələri, diplomatik korpusun, MDB İcraiyyə Komitəsi və MDB Parlamentlərarası Assambleyasının üzvüdürlər.

Müşahidəçilərdən 23-nün uzunmüddətli olduğunu deyən Y. Slobodanın sözlərinə görə, Naxçıvan, Gəncə, Xaçmaz və Lənkəranda qərargahın nümayəndəlikləri açılacaq. Müşahidəçilərin sayının yetərincə olduğunu söyləyən Y. Sloboda bildirib ki, bütün regionlarda müşahidə aparılacaq, müşahidəçilər seçki gününə 2-3 gün qalmış yerlərə gedəcəklər: “Bizim müşahidəçilər seçkilər başlayandan bitənədək seçki məntəqələrində olacaq, səslərin hesablanması prosesində iştirak edəcəklər”. Qərargah rəhbəri MDB müşahidə missiyasının rəhbəri, MDB icra katibi Sergey Lebedevin Azərbaycana seçkiyə bir neçə gün qalmış gələcəyini, bir neçə regiona səfər edəcəyini, seçki günü ATƏT-in müşahidə missiyasının rəhbəri Boris Fırleslə görüşəcəyini, Bakıda bir neçə seçki məntəqəsində seçkiləri izləyəcəyini vurğulayıb.

Sonra Y. Sloboda hazırladıqları aralıq hesabatı açıqlayıb. Hesabatda bildirilir ki, ölkədə seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün bütün şərait yaradılıb, seçki kampaniyası sakit keçir, dairə və məntəqə seçki komissiyalarında ciddi qanun pozuntuları qeydə alınmayıb, təbliğat kampaniyası aparmaq üçün namizədlərə bərabər şərait yaradılıb. /APA/
 Ətraflı
Tarix: 7 Oktyabr 2008   |  Oxunub: 132 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Piter Semnebi müxalifət təmsilçiləri ilə görüşüb
'PiterAzərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün bir neçə müxalifət partiyasının liderləri ilə görüş keçirib. BQp mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə prezidentliyə namizəd Fazil Qəzənfəroğlu, AXCP sədri Əli Kərimli, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov və Ümid Partiyasının sədr müavini Ənvər Ağazadə iştirak ediblər. Seçki kampaniyasının gedişi ilə bağlı qonağa məlumat verən Fazil Qəzənfəroğlu bir neçə rayonda seçicilərlə görüş keçirdiyini bildirib. O, təbliğat kampaniyasını “qapı-qapı” deyil, “beyin-beyin” prinsipi ilə apardığını qeyd edib. Prezidentliyə namizəd ölkədə demokratikləşmə problemlərinə də toxunub, bu seçkilərin Azərbaycanda demokratikləşmə prosesinə müsbət təsir edəcəyinə inandığını vurğulayıb.

Daha sonra jurnalistlərə açıqlamasında Piter Semnebi bildirib ki, “Seçkilər ölkənin demokratiyaya doğru konsolidasiyası üçün vacib addımdır”.

O, Azərbaycandakı seçkiqabağı durumun həddən artıq sakit olduğunu bildirib. Gürcüstandakı vəziyyətə toxunan P. Semnebi bunun Dağlıq Qarabağ münaqişəsinə də təsir göstərdiyini söyləyib: “Bu cür durum özündə potensial təhlükə ehtiva edir”. Türkiyənin bölgədə oynadığı roldan danışan AB təmsilçisinin fikrincə, bu ölkə Cənubi Qafqazdakı münaqişələrin həllində iştirak edə bilər: “Əvvəllər biz Türkiyənin hansı rol oynaya biləcəyini dərk etmirdik. Bunu indilərdə dərk etmişik”. /APA/
 Ətraflı
Tarix: 7 Oktyabr 2008   |  Oxunub: 107 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Geri dön << 1 2 3 ... 22 23 24 25 26 >> İrəli
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net