
Azərbaycan prezidenti İlham Əliyev dövlət başçısının yenidən seçilməsi ilə əlaqədar ölkə hökumətinin tərkibini buraxıb.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçirilib. Hakim Yeni Azərbaycan Partiyasından olan namizəd İlham Əliyev ölkə prezidenti seçilib.
Azərbaycanın buraxılmış hökumətinin tərkibi:
Baş nazir – Artur Rəsizadə,
Baş nazirin birinci müavini – Yaqub Eyyubov,
Baş nazirin müavini – Elçin Əfəndiyev,
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlər ilə İş üzrə Dövlət Komitəsinin rəhbəri – Əli Həsənov,
Baş nazirin müavini– Abid Şərifov,
Xarici işlər naziri – Elmar Məmmədyarov,
Daxili işlər naziri – Ramil Usubov,
Milli təhlükəsizlik naziri – Eldar Mahmudov,
Müdafiə naziri – Səfər Əbiyev,
Ədliyyə naziri – Fikrət Məmmədov,
Müdafiə sənayesi naziri – Yavər Camalov,
Maliyyə naziri – Samir Şərifov,
Vergilər naziri – Fazil Məmmədov,
Iqtisadi inkişaf naziri – Heydər Babayev,
Fövqəladə hallar naziri – Kəmaləddin Heydərov,
Əmək və əhalinin sosial müdafiəsi naziri – Fizuli Ələkbərov,
Kənd təsərrüfatı naziri – İsmət Abbasov,
Mədəniyyət və turizm naziri – Əbülfəz Qarayev,
Təhsil naziri – Misir Mərdanov,
Səhiyyə naziri – Oqtay Şirəliyev,
Rabitə və informasiya texnologiyaları naziri– Əli Abbasov,
Sənaye və energetika naziri – Natiq Əliyev,
Gənclər və idman naziri – Azad Rəhimov,
Ekologiya və təbii sərvətlər naziri – Hüseynqulu Bağırov,
Nəqliyyat naziri – Ziya Məmmədov,
Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri– Gündüz Məmmədov,
Gömrük Komitəsinin sədri – Aydın Əliyev,
Torpaq və Xəritəçəkmə Komitəsinin sədri – Qərib Məmmədov,
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Hüseynova,
Dövlət Statistika Komitəsinin sədri – Arif Vəliyev,
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri – Nazim İbrahimov,
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Baş direktoru– Ramiz Həsənov,
Dövlət Sosial Müdafiə Fondunun sədri – Səlim Müslimov,
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri – Bəhram Xəlilov,
Respublika Müəllif Hüquqları Agentliyinin sədri – Abutalıb Səmədov,
Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru – İmran Mehtiyev,
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri – Kərəm Həsənov,
Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi – Arif Qaraşov,
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Abbas Ələskərov,
Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Hidayət Orucov.
Hökumətin yeni tərkibi prezidentin fərmanı ilə formalaşacaq. /Trend/