Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

MSK Avropa İttifaqının prezident seçkiləri ilə bağlı bəyanatına cavab verib
MSK Avropa İttifaqının prezident seçkiləri ilə bağlı bəyanatına cavab veribAzərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 15-də keçirilmiş prezident seçkiləri ilə bağlı oktyabrın 21-də Fransanın Bakıdakı Səfirliyi tərəfindən Avropa İttifaqının Prezidentliyi adından yaydığı bəyanata cavab olaraq bəyanatla çıxış edib.

MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda MSK rəhbərliyi Avropa İttifaqı Prezidentliyinin bu mövqeyindən təəssüfləndiyini bildirib, Azərbaycanda keçirilmiş prezident seçkilərini 50.000-ə qədər yerli, 100-dən çox beynəlxalq nüfuzlu qurumları təmsil edən 1250 beynəlxalq müşahidəçi izlədiyini vurğulayıb. Bəyanatda seçkilərin yekunları ilə bağlı ATƏT-in, Avropa Şurasının və Avropa Parlamentinin 2008-ci il oktyabrın 16-da yayılmış ilkin rəyində seçkilərin ATƏT və Avropa Şurası qarşısında olan öhdəliklərə və digər beynəlxalq standartlara cavab verməkdə əhəmiyyətli tərəqqi nümayiş etdirildiyinin qeyd olunduğu xatırladılıb: “Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Andres Herkel keçən seçkilərlə müqayisədə bu il keçirilən prezident seçkilərində seçkilərin idarə edilməsində gözə çarpacaq dərəcədə irəliləyişlər olduğunu bildirib. Avropa Şurası Nazirlər Komitəsinin sədri Karl Bildt müxalifətin bir hissəsinin seçkilərə qatılmamasından təəssüflənsə də, qeyd edib ki, "seçkilərin keçirilməsi zamanı qeydə alınmış müsbət irəliləyişləri alqışlayırıq". MSK təəccüblənir ki, Avropa İttifaqının Prezidentliyi adından yayılmış bəyanatda adları çəkilən və digər beynəlxalq qurumların seçkilərlə bütövlükdə və eyni zamanda seçkilərin ayrı-ayrı aspektləri ilə bağlı hesabatlarında rast gəlinməyən "seçkilər beynəlxalq standartlara cavab vermir" ifadəsi işlənib. Xatırlatmaq istəyirik ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Havyer Solana prezident seçkiləri ilə bağlı bəyanatında seçkilərin sakit şəraitdə, heç bir qanun pozuntusuna yol verilmədən və yaxşı təşkil olunmuş şəkildə keçdiyini qeyd edərək bildirib ki, "müxalifətdən olan namizədlər üçün daha ədalətli şərait yaradılması məni razı salıb". Avropa İttifaqı Avropa Komissiyasının xarici əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə ali komissarı Benita Ferrero-Valdner ATƏT-in seçkilərdə qeydə aldığı tərəqqini alqışlayıb və eyni zamanda, müxalifətdən olan namizədlərin seçkilərdə iştirakı üçün daha yaxşı şəraitin yaradılmasını müsbət qiymətləndirib. Beləliklə, Avropa İttifaqı Prezidentliyinin yaydığı bəyanat mahiyyət etıbarı ilə əsasları məlum olmayan səbəblərdən bir tərəfdən prezident seçkilərini izləmiş çoxminli müşahidəçilər korpusunun, digər tərəfdən isə Avropa İttifaqının yüksək vəzifəli şəxslərinin mövqeyinin üstündən qara xətt çəkir". MSK hesab edir ki, bu ilin əvvəllərində qonşu ölkələrdə keçirilən seçkilərlə bağlı Avropa İttifaqı tərəfindən göndərilən təbrik məktubları ilə müqayisədə Azərbaycanda keçirilən seçkilərə aid bu mövqe ən azı anlaşılan deyil: “Azərbaycanda keçirilmiş prezident seçkilərinə Avropa İttifaqı Prezidentliyinin bu cür mövqeyi Azərbaycan seçicilərinin iradəsinə hörmətsizlik nümayiş etdirdiyinə görə bizdə dərin təəssüf hissi doğurmaya bilməz”./APA/


Èñòî÷íèê: avciya.az
Tarix: 24 Oktyabr 2008   |  Oxunub: 290 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net