Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

İctimai Televiziya və Radioda namizədlərə ödənişli efir vaxtının ayrılması ilə bağlı püşkatma keçirilib
'304;ctimaiAzərbaycanda 15 oktyabrda keçiriləcək prezident seçkilərində iştirak edən namizədlərə İctimai Televiziya və Radioda ödənişli efir vaxtının ayrılması ilə bağlı onların nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib. Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTRŞ) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, şirkətdə yaradılan püşkatma komissiyasının sədri, İTRYŞ-nin baş direktorunun müavini Çingiz Aslanov bildirib ki, qanunvericiliyə uyğun olaraq namizədlərə televiziyada və radioda 6 saat ödənişli efir vaxtı ayrılıb və təşviqat prosesi başlayandan ötən bir həftə ərzində ödənişli efir vaxtının ayrılması üçün 5 qeydə alınmış namizəd tərəfindən şirkətə müraciət olunub. Komissiya sədri qeyd edib ki, efir vaxtı həm televiziyada, həm də radioda saat 09:51-dən 22:51-dək müəyyən edilib və vaxt bölgüsündə bərabər imkan yaradılıb. Püşkatmanın nəticəsinə əsasən ödənişli efir vaxtından Müasir Müsavat Partiyasından prezidentliyə namizəd Hafiz Hacıyev birinci, YAP-dan prezidentliyə namizəd İlham Əliyev ikinci, Ümid Partiyasından prezidentliyə namizəd İqbal Ağazadə üçüncü, BAXCP-dən prezidentliyə namizəd Qüdrət Həsənquliyev dördüncü, BQP-dən prezidentliyə namizəd Fazil Qəzənfəroğu beşinci istifadə edəcək.

Məlumata görə, həftənin cüt günləri 18.51 və 19.51-də nəzərdə tutulan vaxtlar namizədlərin iştirakı ilə keçirilən dəyirmi masa ilə əlaqədar olaraq 18.42 və 19.54-lə əvəzlənəcək. Şirkətin baş direktorunun müavini bildirib ki, İTRYŞ-nin Direktorlar Şurası prezidentliyə namizədlər üçün püşkatmaya çıxarılan ödənişli efir vaxtının qiymətlərində dəyişiklik edib. Qeyd olunub ki, televiziyada bu imkandan istifadə edənlərə 30 faiz, radioda isə 50 faiz güzəşt ediləcək. /APA/
 Ətraflı
Tarix: 26 Sentyabr 2008   |  Oxunub: 116 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Hafiz Hacıyev də seçicilərlə görüşə başlayır
'HafizAzərbaycan prezidentliyinə namizəd Hafiz Hacıyev seçicilərlə görüşlərə başlayacaq. Onun Seçki Qərargahından APA-ya daxil olan məlumata görə, sabah Salyanda H. Hacıyevin seçicilərlə görüşü olacaq.
Namizəd cəzaçəkmə müəssisələrindəki məhkumlarla görüş keçirmək üçün də müvafiq qurumlara məktubla müraciət edib. /APA/
 Ətraflı
Tarix: 26 Sentyabr 2008   |  Oxunub: 123 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
ATƏT müşahidəçiləri Qəbələdə olublar
'AT399;TATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının uzunmüddətli müşahidəçiləri Qəbələ rayonunda olublar. APA-nın yerli bürosunun xəbərinə görə, İngiltərə və Almaniyadan olan müşahidəçilər rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla görüşüblər. T. İbrahimov müşahidəçilərə rayonda 15 oktyabr prezident seçkilərinə hazırlıqla bağlı məlumat verib, onların suallarını cavablandırıb. ATƏT müşahidəçiləri 116 saylı Dairə Seçki Komissiyasında da olublar. /APA/
 Ətraflı
Tarix: 26 Sentyabr 2008   |  Oxunub: 147 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
AMİP İsveç Moderat Partiyası və Jarl Harmson Fondu ilə birgə Lənkəranda regional konfrans keçirib
'AM304;PAzərbaycan Milli İstiqlal Partiyası (AMİP) İsveçin hakim Moderat Partiyası və Jarl Harmson Fondu ilə birgə bu gün Lənkəran şəhərində regional konfrans keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, “Dialoqa hazırlıq, danışıq aparmaq bacarıqları, seçkilərdə alyanslar və yerli siyasət” mövzusunda keçirilən tədbirdə bölgədə yaşayan partiya üzvləri iştirak edib. Tədbirdə mövzu ilə bağlı Azərbaycan və İsveçdə mövcud olan qaydalar ətrafında fikir mübadiləsi aparılıb. Fondun layihə meneceri Katarina Valberq, İsveçsin Solma bələdiyyəsinin üzvü Henrik Kelfle, Estoniyanın keçmiş baş nazirinin siyasi müşaviri Veyko Lukman mövzu ətrafında məruzə ilə çıxış ediblər. Konfransda AMİP Mərkəzi Aparatının təmsilçiləri də iştirak ediblər. /APA/
 Ətraflı
Tarix: 26 Sentyabr 2008   |  Oxunub: 139 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
ASDP Mərkəzi Nəzarət Komissiyasının üzvü partiyanın lideri Araz Əlizadəni ittiham edib
'ASDP“Azərbaycan Sosial Demokrat Partiyasında Nizamnamə işləmir. Partiyanın həmsədri Araz Əlizadə, müavinləri Xanhüseyn Əliyev və Rəna Cavadova qurumda diktatura yaradıblar”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) Mərkəzi Nəzarət Komissiyasının (MNK) üzvü İmran Ələkbərzadə deyib. O bildirib ki, partiyanın göstərilən sayda - 33 min üzvü yoxdur və üzvlərin şəxsi işləri MNK-dan gizlədilir. İ. Ələkbərzadə partiyanın sentyabrın 27-də keçiriləcək qurultayının A. Əlizadənin ssenarisi ilə gerçəkləşəcəyini vurğulayıb: “Partiyanın cəmi iki rayon təşkilatının hesabat-seçki konfransı keçirilib. Nəsimi rayon təşkilatının sədr müavini qeyri-qanuni şəkildə Yasamal rayon təşkilatına sədr təyin olunub. Yasamal rayon təşkilatının fəallarının xəbəri olmadan konfrans keçirilib. Artıq qurultayda kimin hansı posta seçiləcəyi barədə də qərar verilib və qeyri-rəsmi şəkildə siyahı Araz Əlizadə tərəfindən təsdiqlənib”.

ASDP sözçüsü Yaşar Əsədov isə partiyada heç bir Nizamnamə pozuntusu baş vermədiyini bildirib: “Partiyanın həmsədri Araz Əlizadə bir ay öncə mətbuata açıqlamasında deyib ki, Ayaz Mütəllibov ASDP-yə gələndə onunla birgə Vətəndaş Birliyi Partiyasında olanların böyük hissəsi bizim təşkilata keçib və bundan sonra qurum üzvlərinin sayı 30 minə çatıb. Ancaq Ayaz Mütəllibovun Azərbaycana qayıdışının gecikdiyini görənlər yavaş-yavaş partiyadan uzaqlaşdılar. Bunu Araz Əlizadə özü bəyan edib. O ki qaldı diktaturaya, İmran Ələkbərzadə bəlkə də bu sözün mənasını bilmir”./APA/
 Ətraflı
Tarix: 26 Sentyabr 2008   |  Oxunub: 130 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Ekspertlər prezidentliyə namizədlərin foto-plakatlarını dəyərləndiriblər
'Ekspertl601;rPrezident seçkilərinin təbliğat kampaniyasına sentyabrın 17-dən start verilib. Artıq namizədlərdən beşinin foto-plakatları ölkə üzrə təyin olunan yerlərə vurulub. Azərbaycanın bəzi seçki texnoloqlarının foto-plakatların seçiciləri cəlb etmək baxımından nə qədər əhəmiyyətli olması ilə bağlı çox fərqli fikirləri var.

Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət Mərkəzinin rəhbəri Eldar İsmayılov APA-ya açıqlamasında deyib ki, Azərbaycanda foto-plakatlar seçkidə uğur qazanmaq üçün elə bir əhəmiyyət kəsb etməsə də, seçicilərə təqdim olunan şəkillər arasında ən cəlbedicisi İlham Əliyevin foto-plakatlarıdır. E. İsmayılovun sözlərinə görə, digər foto-plakatlarda xüsusi orijinallıq yoxdur.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə namizədlərin foto-plakatlarını “tanışlıq baxımından yaxşı şəkillər” kimi səciyyələndirib: “İlham Əliyevin şəkilləri foto effekt baxımından yaxşıdır. Amma yaxşı olardı ki, bütün foto-plakatlarda namizədin platformasını əks etdirən şüarın olması da məqbul olardı. Bu baxımdan, məncə Qüdrət Həsənquliyevin foto-plakatı uğurludur”. Ə. Nuriyev bildirib ki, fotolar namizədin həm fəaliyyətini, həm də vədlərini özündə əks etdirə bilər: “Təəssüf ki, bu fotolar cəmi 5-7 faiz seçiciləri özünə cəlb edə bilir”.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə deyib ki, hər hansı namizəd seçkiyə qatılmazdan əvvəl 3 meyarı nəzərə almalıdır. Bunlar vaxt, insan resursu və puldur: “Seçki təbliğatı başlasa da cəmi 4-5 namizədin şəkilləri cəmiyyətə təqdim olunub. Bu onu göstərir ki, bəzi namizədlər prosesə ciddi hazırlaşmayıblar. Şəkillərin cəlbediciliyi də yüksək səviyyədə deyil. Xüsusi texnologiyalardan istifadə olunmayıb. Namizədlərdən İlham Əliyevin və Qüdrət Həsənquliyevin foto-plakatları uğurlu seçilib”. M. Zülfüqarlı namizədlərin təbliğat fəaliyyəti ilə bağlı monitorinq apardıqlarını da söyləyib.

Azərbaycan Reklamçılar İttifaqının sədri Hacəmi Atakişiyev isə namizədlərin foto-plakatlarını peşəkar baxımdan səciyyələndirib: “İlham Əliyevin foto-plakatı təqdimat baxımından uğurlu seçilib. Burada heç bir əlavə komponentlərdən istifadə edilməyib və o, bununla demək istəyir ki, bu, Mənəm. Bu baxımdan İlham Əliyevin plakatı effektlidir. Digərlərində isə süni elementlər mövcuddur. Bu daha çox İqbal Ağazadə, Qüdrət Həsənquliyev və Fazil Qəzənfəroğlunun foto-plakatlarında özünü göstərir. Fazil Qəzənfəroğlunun plakatı isə düzgün seçilməyib. Burda daha çox turist elementləri var. Pencəyi qolunda, arxada isə qədim şəhər”. H. Atakişiyevin sözlərinə görə, siyasi reklamda şəxs təqdim olunmalıdır: “Siyasi reklamda şəxsin təqdimatı konkret olmalıdır. Çünki ətrafında olan komponentlər fikri yayındırır”.

Reklam meneceri Nadir Bədəlovun fikrincə, plakatlar beynəlxalq standartlara cavab vermir: “Birincisi, prezidentliyə namizədin fotosu cəmiyyətə A2 formatında təqdim olunmamalıdır. Fotolar isə özlüyündə pis deyil. Məncə, namizədlər arasında yalnız İlham Əliyevin cəmiyyətlə tanışlığa ehtiyacı yoxdur. Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev fotoları siyasi reklamçılıq baxımından adidir. İqbal Ağazadənin foto-plakatındakı görüntü və şüarla bağlı müsbət tapıntılar var”. N. Bədəlovun sözlərinə görə, adi seçici üçün bu plakatlar arasında fərq yoxdur: “Özünü cəmiyyətə tanıtmaq istəyənlər üçün isə bu bir şansdır”. N. Bədəlov deyib ki, Avropada keçirilən seçkilərdə iştirak edən namizədlər foto-plakatlarında daha iri və özündə siyasi məqamları ehtiva edən elementlərə üstünlük verirlər. /APA/
 Ətraflı
Tarix: 26 Sentyabr 2008   |  Oxunub: 199 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Prezident seçkisini boykot edən müxalifət təşkilatları etiraz aksiyasını təxirə salıblar
'PrezidentAzərbaycanda keçiriləcək prezident seçkisini boykot edən müxalifət təşkilatları sentyabrın 28 - də şəhərin mərkəzində yerləşən meydanlardan birinə təyin etdikləri etiraz aksiyasını təxirə salıblar. «Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, şəhərin kənarında etiraz aksiyası keçirməyəcəyik», - bu barədə cümə axşamı Trend News - a Müxalifətin Əməkdaşlıq Mərkəzində təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib.

Bakı Şəhər İcra Hakimiyyəti cümə axşamı aksiyanın «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin Bibiheybətdəki stadionunda keçirilməsinə icazə verib.

Əliyev qeyd edib ki, aksiyaya icazə vermədiyinə görə, Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcəklər.

Partiya sədri hesab edir ki, icra hakimiyyətinin qərarı Azərbaycanın qanunlarına ziddir.

«İcazəsiz aksiyalarda, əsasən, müxalifət partiyalarının funksionerləri iştirak edirlər. Onların gücü ilə polis toqquşmasına gedilməsi mümkün deyil. Bizim də funksionerlərimizi öz əlimizlə həbsə atmaq fikrimiz yoxdur. Hakimiyyət seçkini boykot edən qüvvələrə qarşı aqressiv davranır. Hesab edirik ki, icazəsiz aksiya keçirilsə, daha çox partiya üzvü sıradan çıxar və təhlükələrlə üz-üzə qalar», - deyə partiya sədri əlavə edib.

Onun sözlərinə görə, yaxın günlərdə Müxalifətin Əməkdaşlıq Mərkəzində təmsil olunan partiya və təşkilat sədrləri müzakirələr aparıb, növbəti addımlarla bağlı son qərar verəcəklər. /Trend/
 Ətraflı
Tarix: 26 Sentyabr 2008   |  Oxunub: 131 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanın hakim partiyasının prezidentliyə namizədinin seçki kampaniyası davam edir
'Az601;rbaycan305;nAzərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin seçki - təşviqat kampaniyası ölkənin bütün bölgələrində uğurla davam edir. «YAP-ın «İlhamla irəli» şüarı ilə keçirilən seçki-təşviqat kampaniyasında artıq yüz minlərlə seçici iştirak edib», -bu barədə cümə axşamı Trend News - a YAP mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, prezidentliyə namizəd İlham Əliyevin seçki - təşviqat kampaniyası çərçivəsində nəzərdə tutulan hər bir görüş kütləviliyi və fəallığı ilə seçilir: «Keçirilən görüşlər, aparılan söhbətlər ümummilli lider Heydər Əliyevin siyasi kursunun və bu yolun uğurlu davamçısı olan prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi islahatların xalq tərəfindən yekdilliklə dəstəkləndiyini və müdafiə olunduğunu bir daha təsdiqləyib». Məlumatda bildirilib ki, Qanuna uyğun olaraq, namizədlərin görüşləri və kütləvi aksiyalar üçün nəzərdə tutulan ünvanlarda keçirilən mitinq-görüşlərə yüksək əhval - ruhiyyə ilə qoşulan ictimaiyyət nümayəndələri, seçicilər ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin iqtisadi və sosial inkişafına yüksək qiymət verdiklərini ifadə ediblər, prezidentliyə namizəd İlham Əliyevi qətiyyətlə dəstəklədiklərini bildiriblər: «Prezident İlham Əliyevin seçki - təşviqat kampaniyası davam edir. Seçkilərə «İlhamla irəli» çağırışı ilə qoşulan YAP-ın tətbiq etdiyi ən müasir seçki texnologiyaları ilə müasir Azərbaycanın seçki tarixində də yeni səhifələr açılıb». YAP - ın təbliğat-təşviqat qrupunun nümayəndələri Zaqatala, Şəki, Qəbələ, Ucar, Ağdaş, Şəmkir, Gədəbəy, Lerik, Masallı, Samux, İmişli, Tərtər, Bakının Yasamal, Sabunçu, Suraxanı, Qaradağ, Binəqədi, Nəsimi rayonlarında seçicilərlə görüşlər keçiriblər. /Trend/
 Ətraflı
Tarix: 26 Sentyabr 2008   |  Oxunub: 123 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanın hakim partiyası müxalif Müsavat Partiyasının seçkiyə getməməsinin səbəbini açıqlayıb
'Az601;rbaycan305;nAzərbaycanın hakim partiyası müxalif Müsavat Partiyasının seçkiyə namizədi ilə getməməsinin və boykota üstünlük verməsinin səbəbini açıqlayıb.

«Müsavat Partiyası öz namizədini müəyyən edə bilmədiyindən seçkidə iştirak etməyib», cümə axşamı Trend News-a hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib.

Novruzov deyib ki, Müsavat başqanı İsa Qəmbərlə yanaşı, partiya funksionerləri Arif Hacılı, Sülhəddin Əkbər və Rauf Arifoğlu da namizəd olmaq iddiasında idilər.

«Ona görə də əvvəlcə seçkidə iştiraka razılıq verən Müsavat Partiyası sonda seçkiyə qatılmadı», - YAP icra katibinin müavini əlavə edib.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə Trend News-a açıqlamasında hakim partiyanın icra katibi müavininin mövqeyini əsassız sayıb.

«Partiyanın hələ ötən il keçirilən Məslisində İsa Qəmbərin prezidentliyə namizədliyi yekdilliklə irəli sürüldü və qəbul edildi. Həmin iclasda digər funksionerlərə təklif edildi ki, öz namizədliyini irəli sürmək istəyənlər seçkiyə qatıla bilərlər. Hamı İsa Qəmbərin namizədliyi üzərində qaldı», - Hacılı əlavə edib. /Trend/
 Ətraflı
Tarix: 26 Sentyabr 2008   |  Oxunub: 138 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Həmsədrlikdə qalıb-qalmayacağım mənim şəxsi işimdir - Azərbaycanın müxalifət partiyasının həmsədri
'H601;ms601;drlikd601;Azərbaycan müxalifətini təmsil edən sol təmayüllü Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibov partiyanın həmsədrliyindən uzaqlaşdırılacağı ilə bağlı söhbətləri əsassız hesab edir.

«Partiyanın həmsədrliyində qalıb-qalmayacağım mənim şəxsi işimdir», - Mütəllibov cümə axşamı Moskvadan telefonla Trend News-a bildirib.

Mütəllibov qiyabi şəkildə uzaqdan-uzağa telefon vasitəsilə partiyaya rəhbərlik etməyin mümkün olmadığını bildirib.

«Son beş ildir ki, partiyaya liderlik etsəm də, mənim vətənə qayıtmaq məsələm həllini tapmayıb. Bakıda olub partiyanı idarə etsəydim, partiya ilə bağlı söz-söhbətlər də olmazdı», - deyə o əlavə edib.

ASDP həmsədri partiyanın növbəti qurultayında qeyri-adi heç bir şey baş verməyəcəyinə əminliyini vurğulayıb.

«Partiyanın sosial-demokratik əqidəsini və ideyasını qəbul edən bütün üzvləri mənim tərəfdarlarımdır. Partiyada ikitirəlik yoxdur», - deyə o bildirib.

Mütəllibov partiyanın daxilində müəyyən proseslərin baş verməsini təbii hal adlandırıb. «Digər müxalifət partiyalarında olduğu kimi bizim də müəyyən çətinliklərimiz var. Bunu heç vaxt gizlətməmişik. Biz demokratik bir partiyayıq», - deyə o bildirib.

O, təəssüflə bildirib ki, növbəti dəfə də qurultayın işinə telefon vasitəsilə qatılacaq. /Trend/
 Ətraflı
Tarix: 26 Sentyabr 2008   |  Oxunub: 143 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanın Mərkəzi Seçki Komissiyası 700-ə yaxın yerli müşahidəçini qeydə alıb
Azərbaycanın Mərkəzi Seçki Komissiyası 700-ə yaxın yerli müşahidəçini qeydə alıbAzərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisinin müşahidəsini aparmaq üçün 700-ə yaxın yerli müşahidəçini qeydə alıb. MSK mətbuat xidmətindən cümə axşamı Trend News-a verilən məlumata əsasən, qeydə alınmış müşahidəçilərin 200-dən çoxunu yerli QHT-lər təşkil edir. Məlumata əsasən, dairə seçki komissiyalarından 20 min müşahidəçi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı səsvermə gününə 10 gün, dairə seçki komissiyalarında isə 5 gün qalmış başa çatır. /Trend/
 Ətraflı
Tarix: 26 Sentyabr 2008   |  Oxunub: 114 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
MDB müşahidəçiləri prezidentliyə namizədlərin vəkilləri ilə görüşlərə başlayıblar
'MDBMüstəqil Dövlətlər Birliyinin (MDB) Azərbaycanda keçiriləcək seçkiləri müşahidə missiyasının nümayəndələri prezidentliyə namizəd Qulamhüseyn Əlibəylinin vəkili Müzəffər Baxışovla görüşüblər. Missiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşahidəçilər bildiriblər ki, seçki prosesinin monitorinqi Azərbaycan qanunları və MDB-nin sənədləri çərçivəsində, ölkənin daxili işlərinə qarışmamaq prinsipi əsasında aparılacaq. M. Baxışov isə qonaqlara Q. Əlibəylinin seçki kampaniyasında iştirakından danışıb.

Qeyd edək ki, bu, missiya nümayəndələrinin prezidentliyə namizədlərinin vəkilləri ilə keçirdiyi ilk görüş olub. Dünən isə MDB müşahidəçiləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşüblər. /APA/
 Ətraflı
Tarix: 25 Sentyabr 2008   |  Oxunub: 105 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Geri dön << 1 2 3 4 ... 20 21 22 >> İrəli
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net