Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Fazil Qəzənfəroğlu imza vərəqələrini MSK-ya təqdim edib
'FazilBöyük Quruluş Partiyasının (BQP) sədri, prezidentliyə namizəd Fazil Qəzənfəroğlunun imza vərəqələri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib. Partiyadan APA-ya verilən məlumata görə, MSK-dan götürülən 1.000 ədəd imza vərəqindən 881-i doldurulub. İmzaların sayı isə 44.044 olub. İmzatoplama kampaniyası 91 seçki dairəsini əhatə edib.
Qeyd edək ki, prezidentliyə namizədliyi irəli sürülənlərdən İlham Əliyev və İqbal Ağazadənin namizədliyi artıq qeydə alınıb. /APA/
 Ətraflı
Tarix: 2 Sentyabr 2008   |  Oxunub: 131 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Mübariz Qurbanlı: “Xalq özü müxalifəti çoxdan boykot edib”
'M252;bariz“Prezident seçkilərinin boykot edilməsi, bu yolu tutan partiyaların birlik yaratması, beynəlxalq təşkilatlara müraciət mənasız işdir. Seçkilərin nəticəsinin tanınıb tanınmaması iki-üç partiyanın verəcəyi bəyanatdan asılı ola bilməz”. Bu sözləri APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı aparılan danışıqlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müxalifətin hansı formada əməkdaşlıq etməsi onları o qədər də maraqlandırmır: “Necə istəyirlər, əməkdaşlıq edə bilərlər. Baxarıq, görək nə yaradırlar, necə yaradırlar. Müxalifət mənasız işlə məşğuldur. Yəni daşı dağın başına qaldırıb yenidən aşağı buraxır. Eyni işləri təkrar edib, heç bir nəticə əldə edə bilmirlər. Seçkinin nəticəsi müxalifətdən asılı deyil, bu, xalqın seçkiyə münasibətindən asılıdır. Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir, seçkidə də fəal iştirak edəcək. O şəxslər ki, boykot sözü işlədir, xalq onların özünü çoxdan boykot edib”./APA/
 Ətraflı
Tarix: 2 Sentyabr 2008   |  Oxunub: 260 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
AŞ PA-nın müşahidə missiyası Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənəcək
'A350;Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası seçkiqabağı vəziyyəti öyrənmək üçün sentyabrın 16 - dan 18 - dək Azərbaycanda səfərdə olacaq.
«Azərbaycana gələcək AŞ PA missiyası beş nəfər ekspertdən ibarətdir» - bazar ertəsi telefonla Trend News-a Strasburqdan Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi Arif Məmmədov bildirib.

Məmmədov qeyd edib ki, AŞPA müşahidəçiləri MSK rəhbərliyi, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşəcəklər. /Trend/
 Ətraflı
Tarix: 2 Sentyabr 2008   |  Oxunub: 162 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Müxalifət partiyası əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı danışıqlarda iştirak etmədiyini bildirib
'M252;xalif601;tAzərbaycanda prezident seçkilərini boykot etmiş müxalifət partiyalarının əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı danışıqlarda iştirak etdiyi bildirilən Açıq Cəmiyyət Partiyası (ACP) mərkəzlə bağlı müzakirələrin yalnız qəzet səhifələrində mövcud olduğunu bildirib. «Əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı danışıqlarda iştirak etməyimiz üçün rəsmi müraciət olunmayıb. Müəyyən qeyri-rəsmi müzakirələr olub. Hələlik bununla bağlı konkret mövqe mövcud deyil», deyə bazar ertəsi Trend News-a ACP sədri Akif Şahbazov bildirib.

Şahbazovun sözlərinə görə, ACP yeni yaradılacaq təşkilatın ünvanına mənfi fikir söyləməkdən uzaqdır. «Partiya müxalifətin birgə fəaliyyətini dəstəkləyir və müxalifət partiyalarının yol verdiyi nöqsanları aradan qaldırmaq və qarşıda duran vəzifələrin icrası istiqamətində müəyyən müzakirələr aparmaqda maraqlıdır», - deyə o bildirib.

ACP lideri Rəsul Quliyevin yeni əməkdaşlıq mərkəzi ilə bağlı mövqeyinə gəlincə, Şahbazov Quliyevin bu məsələ ilə bağlı konkret mövqeyinin ona məlum olmadığını bildirib. «Birlik hələ formalaşdırılmayıb. Formalaşdırılmış qurumun sonradan hər hansı bir müraciəti olarsa, ona partiya müstəvisində baxa bilərik», - deyə ACP sədri bildirib. /Trend/
 Ətraflı
Tarix: 1 Sentyabr 2008   |  Oxunub: 175 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanda müxalifyönlü qəzet nəşrini bərpa edir
'Az601;rbaycandaMaliyyə çatışmazlığı səbəbindən nəşrində fasilə yaranmış «Müxalifət» qəzeti fəaliyyətini bərpa edir.
Qəzetin baş redaktoru Rövşən Kəbirli bazar ertəsi Trend News-a bildirib ki, qəzet həftənin şənbə günü - sentyabrın 6-da satışda olacaq.
1991-ci ildən nəşr olunan “Müxalifət” qəzeti həftədə 1 dəfə çap olunur. Qəzetin sonuncu nömrəsi bu il iyunun 28-də çapdan çıxıb. /Trend/
 Ətraflı
Tarix: 1 Sentyabr 2008   |  Oxunub: 133 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycan prezidenti postuna iddiaçı imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edib
'Az601;rbaycanAzərbaycan prezidenti postuna iddialı olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bazar ertəsi seçicilərin imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Bu barədə Trend News-a partiyanın mətbuat xidmətindən məlumat verilib.
Partiyanın məlumatına görə, 88 seçki dairəsindən 45 570 seçki imzası toplanıb.
MSK hazırkı prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev və müxalifətyönlü Ümid Partiyasının sədri İqbal Ağazadəni prezidentliyə namizəd qismində rəsmi olaraq təsdiq edib. /Trend/
 Ətraflı
Tarix: 1 Sentyabr 2008   |  Oxunub: 149 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycan MSK-sı prezident seçkisi ilə bağlı bildirişlər hazırlayıb
'Az601;rbaycanMərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək prezident seçkisinin səsvermə yeri və vaxtı barədə seçiciləri məlumatlandırmaq üçün bildirişlər hazırlayıb. Bu barədə bazar ertəsi Trend News-a MSK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hazırlanan 5 milyon bildiriş məntəqə seçki komissiyalarına veriləcək, onlar isə bunları seçicilərə paylayacaq. /Trend/
 Ətraflı
Tarix: 1 Sentyabr 2008   |  Oxunub: 137 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
ATƏT Müşahidə Missiyasının rəhbəri Azərbaycana gəlib
'AT399;TOktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının rəhbəri, Sloveniyanın keçmiş xarici işlər naziri Boris Fırles Bakıya gəlib.
APA-nın məlumatına görə, B. Fırleslə birgə missiyanın əsas üzvləri olan daha 7 müşahidəçi də artıq Azərbaycandadır.

Missiya üzvləri seçkiqabağı mühiti öyrənmək üçün bu gündən Azərbaycan rəsmiləri, o cümlədən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşlərə başlayırlar.

Uzunmüddətli müşahidəçilərin qərargahı rəsmi olaraq sentyabrın 7-dən fəaliyyətə başlayacaq. Seçkilərə kimi uzunmüddətli müşahidəçilərin sayı 30-a çatacaq. Seçkilər günü ATƏT-i təmsil edən müşahidəçilərin ümumi sayı isə 460 nəfər təşkil edəcək.

Onlar ölkənin bütün bölgələrində müşahidə aparacaqlar. /APA/
 Ətraflı
Tarix: 1 Sentyabr 2008   |  Oxunub: 134 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
QAT sədri Akif Nağı Türkiyə prezidenti Abdullah Gülə müraciət edib
'QATQarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Türkiyə prezidenti Abdullah Gülə məktubla müraciət edib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Nağı müraciətində A. Gülü İrəvana səfərdən çəkinməyə çağırıb.
Müraciətdə bildirilir ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, Türkiyəyə qarşı ərazi və saxta “soyqırımı” iddialarından isə geri çəkilmir: “Ermənistan Azərbaycana və Türkiyəyə qarşı düşmən mövqedədir və bu düşmənçilikdən imtina etmək fikrində deyil. Belə olan halda sizin pisliyi yaxşılıqla dəf etmək cəhdinizin heç bir mənası yoxdur.
Ermənistana səfər edib futbol matçında iştirak etmək istəyiniz Azərbaycanda ciddi narahatlıq doğurub. Bu hərəkətinizlə işğalçı Ermənistan tərəfindən qətlə yetirilən on minlərlə Azərbaycan övladının ruhlarını təhqir edirsiniz. Bu addımı müqəddəs Ramazan günlərində atmaq istəyiniz isə bizə xüsusilə ağır gəlir. Əminik ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrinə xələl gəlməsini, Azərbaycanda hər hansı etiraz aksiyalarının keçirilməsini, bununla düşmənlərimizin sevindirilməsini istəməzsiniz”./APA/
 Ətraflı
Tarix: 1 Sentyabr 2008   |  Oxunub: 124 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
MSK sədri məcburi köçkünlərə və tələbələrə müraciət edib
'MSKDaimi qeydiyyatda olduğu ərazidə səsvermədə iştirak edə bilməyən seçicilər sabahdan başlayaraq Dairə Seçki Komissiyalarından (DSK) qeydiyyatdan çıxma vəsiqəsi ala bilərlər. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onu sözlərinə görə, qurumun qəbul etdiyi Təqvim Planına uyğun olaraq seçkilərə 45 gün müddət qaldığı vaxtdan seçicilər qeydiyyatdan çıxma vəsiqəsi götürə bilərlər. MSK sədri sentyabrın 15-dən ali məktəblərdə dərslərin başladığını əsas gətirərək onların öz ərazilərində səs vermək imkanının olmadığını vurğulayıb. Buna görə də tələbələrə müraciət edən M. Pənahov onları qeydiyyatdan çıxma vəsiqəsi almağa çağırıb. O, həmçinin ölkədəki məcburi köçkünlərin də analoji problemlə qarşılaşdığını deyib və onları da qeydiyyatdan çıxma vəsiqəsi almaq üçün seçki komissiyalarına müraciət etməyə dəvət edib.

/APA/
 Ətraflı
Tarix: 1 Sentyabr 2008   |  Oxunub: 131 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Müxalifətin əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı danışıqları yekunlaşdırmaq mümkün olmur
'M252;xalif601;tin“Müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı danışıqlarda 7 təşkilat iştirak edir. Hələlik digər partiyaların bu prosesə qoşulması nəzərdə tutulmayıb”. Bunu APA-ya açıqlamasında müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı məsləhətləşmələrdə iştirak edən “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov deyib. Onun sözlərinə görə, danışıqların tezliklə yekunlaşdırılması nəzərdə tutulsa da, hələlik bu, mümkün olmayıb: “Şəxsən bizim tərəfimizdən heç bir problem yoxdur. Başqa partiyalarla danışıqlar isə hələ yekunlaşmayıb. Bütün hallarda müzakirələrin qısa müddətdə yekunlaşdırılması nəzərdə tutulub”.

Qeyd edək ki, əməkdaşlıq mərkəzində “Azadlıq” blokuna daxil olan AXCP, ALP və VİP, bloka daxil olmayan Müsavat, Açıq Cəmiyyət, Klassik Xalq Cəbhəsi partiyaları və “Azərbaycan Naminə” İctimai Forumun təmsil olunması nəzərdə tutulub.

/APA/
 Ətraflı
Tarix: 1 Sentyabr 2008   |  Oxunub: 162 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
MSK İqbal Ağazadənin Azərbaycan prezidentliyinə namizədliyini qeydə alıb
'MSKÜmid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi imzaların 3256-sı etibarsız sayılıb. APA-nın məlumatına görə, bu barədə qurumun keçirilən iclasında MSK katibi Natiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, partiya sədrinin topladığı 44 min 33 imza işçi qrupu tərəfindən araşdırılıb, nəticədə 40 min 777 imza etibarlı hesab olunub. Namizədliyin qeydə alınması üçün 40 min imzanın tələb olunduğunu əsas gətirən MSK üzvləri İ. Ağazadənin prezidentliyə namizədliyini qeydə alıblar.

İclasda həmçinin, namizədliyi özü tərəfindən irəli sürülmüş Milli Elmlər akademiyasının elmi işçisi, Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli və işsiz Mübariz Allahverdiyevin prezidentliyə namizədliyi təsdiq edilib. İclasda seçki komissiyalarının yekun protokolunun sayı və hazırlanması qaydası da müzakirə edilib və ölkədəki seçki komissiyalarının sayı qədər karbonlaşdırılmış kağızda yekun protokolun hazırlanması qərara alınıb.

Toplantıda səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması sayı da təsdiq edilib, bəzi Dairə Seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

/APA/
 Ətraflı
Tarix: 1 Sentyabr 2008   |  Oxunub: 144 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Geri dön << 1 2 3 ... 20 21 22 >> İrəli
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net