| |
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
|
|
Axtarış |
|
|
|
 |
|
 |
Sorğu |
|
| Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi? |
|
|
 |
|
 |
|
|
|
|
Azərbaycanın müxalifət bloku fəaliyyətini dayandırmayacağını açıqlayıb
|
 Azərbaycanın müxalifət partiyalarının təmsil olunduğu «Azadlıq» bloku fəaliyyətini dayandırmayacağını açıqlayıb. «Heç bir partiya bizim qarşımızda «Azadlıq» blokunun fəaliyyətini dayandırması tələbini irəli sürə bilməz», çərşənbə axşamı Trend News-a «Azadlıq» blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib. «Yeni birliyin yaradılması «Azadlıq» blokunun fəaliyyət göstərməsini istisna etmir. Biz yeni birliyin yaradılması təşəbbüsü ilə çıxış edəndə, birinci şərtimiz «Azadlıq» blokunun fəaliyyətini davam etdirməsi ilə bağlı olub. Çünki «Azadlıq» sınaqdan çıxmış blokdur. Ona görə də bu sahədə yeni eksperimentlər etmək niyyətində deyilik», - blokun həmsədri əlavə edib. Onun sözlərinə görə, «Azadlıq» blokunda təmsil olunan partiyalar arasında müttəfiqlik münasibətləri mövcuddur. Əliyev vurğulayıb ki, yaradılacaq yeni mərkəzdə təmsil olunan partiyalar arasında isə müttəfiqlik münasibətlərinin yaranması haqda danışmaq mümkün deyil. /Trend/
|
 Ətraflı
|
|
Azərbaycan müxalifətinin yeni koalisiyasının fəaliyyət istiqamətləri müəyyənləşdirilir
|
 Azərbaycanda keçiriləcək prezident seçkisini boykot edən bir qrup müxalifət partiyası yeni birliyin yaradılması haqda sənəd imzaladıqdan sonra əməkdaşlığın hansı formada davam etdirilməsini və istiqamətlərini müəyyənləşdirəcək. «Sənədin imzalanmasından sonra müxalifətin əməkdaşlığı istiqamətində digər addımlar müzakirə olunacaq», çərşənbə axşamı Trend News-a müxalifəti təmsil edən Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib. Müxalifəti təmsil edən partiyaların əksəriyyəti seçkini boykot edir. «Azadlıq» blokunda təmsil olunan Xalq Cəbhəsi Partiyası müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı danışıqlara başlayıb. Bu həftənin sonunda bir qrup müxalifət partiyasının sənəd imzalayacağı gözlənilir. Seçkini boykot edən Azərbaycan Demokrat, Milli İstiqlal, Açıq Cəmiyyət, Klassik Xalq Cəbhəsi partiyaları sənədə imza atmayacaqlarını bildiriblər. «Əməkdaşlıq mərkəzində təmsil olunacaq partiyaların prezident seçkisinin saxta bir seçki olduğunu bildirən bir sənədə imza atacaqları nəzərdə tutulub. Sənəddə göstərilib ki, belə bir seçkinin nəticələri və bunun vasitəsi ilə hakimiyyətə gələcək şəxsin legitimliyi tanına bilməz. Sənəd hazırdır və son redaktələr yekunlaşan kimi yəqin ki, onun imzalanması baş tutacaq», - deyə Qəmbər əlavə edib. Prezident seçkisində iştirak etməyən bir neçə partiyanın yeni birliyə qoşulmaqdan imtina etməsinə münasibət bildirən Qəmbər vurğulayıb ki, məsləhətləşmələr davam edir: «Bu yekunlaşandan sonra sənədi kimlərin imzalayıb-imzalamayacağı və digər məsələlər məlum olacaq. Buna uyğun da addımlar atılacaq və fəaliyyət qurulacaq». Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı isə bildirib ki, müxalifətin yeni koalisiya yaratmasının nəticəsi olmayacaq. Onun sözlərinə görə, seçkinin nəticələrinin tanınıb-tanınmaması bəzi müxalifət partiyalarının verəcəyi bəyanatdan asılı deyil. /Trend/
|
 Ətraflı
|
|
Azərbaycanın seçki komissiyaları paritet əsasda formalaşmasa, Müsavat Partiyası orada təmsil olunmayacaq
|
 Azərbaycanın seçki komissiyalarının formalaşdırılmasında iştirak etmək hüquqi olan müxalifətçi Müsavat Partiyası seçki komissiyalarına nümayəndə göndərməməklə bağlı mövqeyini dəyişməyəcək. «Biz komissiyaların hakimiyyətlə müxalifət arasında paritet əsasda formalaşdırılmasını tələb edirik, beynəlxalq təşkilatlar da bu fikirdədir. Nə qədər ki, hakimiyyət bu dəyişikliyə razılıq vermir, Müsavat Partiyası komissiyalarda təmsil olunmayacaq», çərşənbə axşamı Trend News-a müxalifəti təmsil edən Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib. Seçki Məcəlləsinə görə, seçki komissiyalarının tərkibi deputatları parlamentdə çoxluq təşkil edən partiyanın (YAP), parlamentdə azlıq təşkil edən partiyaların və bitərəf deputatların nümayəndələrindən formalaşır. Parlamentdə azlığı təşkil edən müxalif Müsavat Partiyası MSK-ya nümayəndə göndərmədiyindən, indiyə qədər DSK-ların formalaşması prosesi baş tutmayıb. Bu səbəbdən indiyə qədər MSK-ya nümayəndə göndərən azlıqda olan digər partiyaların DSK-ların formalaşmasında iştirakı da reallaşmamışdı. İki illik fasilədən sonra Milli Məclisdə azlığı təşkil edən partiyalara DSK-lara nümayəndə göndərmək imkanı yaradılıb. Bundan sonra parlamentdə azlıqda olan müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyası DSK-lara 42 nümayəndə göndərib. Qəmbər qeyd edib ki, dünyanın heç bir ölkəsində seçki komissiyaları bir siyasi təşkilatın - hakim partiyanın nəzarəti altında fəaliyyət göstərmir. Partiya başqanı digər müxalifət partiyalarının seçki komissiyalarına nümayəndə göndərməsini şərh etməyib. «Digərləri orada nə edirlərsə özləri bilərlər», - Qəmbər əlavə edib. /Trend/
|
 Ətraflı
|
|
AVCİYA regionlarda müşahidəçilərlə treninqləri başa vurdu
|
 «Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası» (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ərəfəsi Respublikanın 12 regional mərkəzində müşahidəçilərə treninqlər keçirib. İsmayıllı, Göyçay, Qax, Qəbələ, Mingəçevir, Gəncə, Şirvan, Saatlı, Salyan, Lənkəran, Xaçmaz və Quba şəhərlərində keçirilən treninqlərdə ətraf rayonların da nümayəndələri iştirak edib. Treninqlər zamanı müşahidəçilərə 2400 ədəd AVCİYA Seçki Qərargahının hazırladığı “2008-ci il Prezident seçkilərinin Monitorinqi. Yaddaş kitabçası” paylanıb. Regionlarda keçirilən treninqlərlə yanaşı AVCİYA-nın 49 rayon koordinatorunun attestasiyası da həyata keçirilmişdir. AVCİYA Seçki Qərargahı müşahidəçilərin qeydiyyatdan keçməsi ilə bağlı bəzi DSK-larda mövcud olan bəzi problemləri həll etmək üçün MSK-ya müraciət etmişdir. Seçki Qərargahı Prezident seçkiləri ərəfəsi iş planına uyğun olaraq öz fəaliyyətini daha da genişləndirir.
Èñòî÷íèê: avciya.az
|
 Ətraflı
|
|
1 saylı Şərur-Sədərək Seçki Dairəsinin yeni inzibati binası istifadəyə verilib
|
 Naxçıvan 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin yeni inzibati binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Seçki Komissiyasından (MSK) APA-nın yerli bürosuna verilən məlumata görə, 3 mərtəbədən və 13 iş otağından ibarət binada deputat köməkçiləri və müşahidəçilərin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Bina lazımi texniki avadanlıqlarla, həmçinin, şəffaf seçki qutuları, barmağa vurulan mürəkkəb və aşkarlayıcı detektorlarla təmin edilib, tədbirlərin keçirilməsin üçün 108 yerlik zal inşa olunub. Qeyd edək ki, indiyədək Naxçıvan MR-in bölgələrində fəaliyyət göstərən 6 Seçki Dairəsinin hər biri müasir tələblərə cavab verən yeni inzibati binalarla təmin olunub. Bu ayın sonuna qədər 4 saylı Naxçıvan şəhər Seçki Dairəsinin yeni binası da istifadəyə veriləcək. Əlavə edək ki, MR üzrə 7 Seçki Dairəsi 275 seçki məntəqəsini əhatə edir. /APA/
|
 Ətraflı
|
|
Namizədliyin irəli sürülməsi üçün müəyyən olunmuş müddət sentyabrın 5-də başa çatır
|
 Oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə namizədliyin irəli sürülməsi üçün müəyyən olunmuş müddət sentyabrın 5-də başa çatacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Seçki Məcəlləsinin 58.1 maddəsinə uyğun olaraq avqustun 11-dən namizədlərin seçki sənədlərinin qəbuluna başlanıb və həmin qanunun 94.3.1 maddəsinə uyğun olaraq sentyabrın 5-də saat 18.00-da namizədliyin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi dayandırılacaq. Bu vaxta qədər isə MSK-da 20 nəfərin namizədliyi təsdiq olunub və onlara imza vərəqələri verilib. Cəmi 5 namizəd imza vərəqələrini geri qaytarıb ki, onların da 2-nin – İlham Əliyev və İqbal Ağazadənin namizədliyi qeydə alınıb. /APA/
|
 Ətraflı
|
|
BAXCP sədri Qüdrət Həsənquliyevin imza vərəqələri MSK-ya təqdim edilib
|
 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin imza vərəqələri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib. Partiyadan APA-ya verilən məlumata görə, MSK-ya 44190 imza verilib. İmzatoplama kampaniyası seçki dairələrinin əksəriyyətini əhatə edib. Qeyd edək ki, prezidentliyə namizədliyi irəli sürülənlərdən 2 nəfərin – İlham Əliyev və İqbal Ağazadənin namizədliyi rəsmi qeydə alınıb. /APA/
|
 Ətraflı
|
|
Prezident seçkisinin səsvermə yeri və vaxtı ilə bağlı bildirişlər hazırlanıb
|
 Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 15-də keçiriləcək prezident seçkisinin səsvermə yeri və vaxtı ilə bağlı bildirişlər hazırlayıb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkədə 4 milyona yaxın seçici var və 5 milyon bildiriş hazırlanıb. Bildirişlər Milli Məclisin mətbəəsində çap edilib. MSK-nın hazırladığı Təqvim Planına uyğun olaraq, bildirişlər aşağı seçki komissiyalarına, məntəqə seçki komissiyaları isə səsvermə gününə 5 gün qalana kimi seçicilərə təqdim etməlidir. /APA/
|
 Ətraflı
|
|
|
|
Son xəbərlər
|
|
|
|
 |
|
 |
|