Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Hafiz Hacıyev Salyanda seçicilərlə görüşüb
'HafizSentyabrın 26-da Salyan rayonunda prezidentliyə namizəd Hafiz Hacıyev seçicilərlə görüş keçirib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon 50 saylı Dairə Seçki Dairəsinin sədri Səlamət Kərimov məlumat verib.
Onun bildirdiyinə görə, Salyan rayon “Babək” kinoteatrında baş tutan görüşdə Hafiz Hacıyev seçicilərə özünün seçki platforması barədə məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.
Görüşü ATƏT nümayəndələri də müşahidə edib.
 Ətraflı
Tarix: 29 Sentyabr 2008   |  Oxunub: 162 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Qulamhüseyn Əlibəyli Lənkəran və Masallıda görüşlər keçirib
'Qulamh252;seynPrezidentliyə namizəd Qulamhüseyn Əlibəyli seçkilərin təbliğat təşviqat kampaniyası çərçivəsində Lənkəran və Masallı seçiciləri ilə görüş keçirib. APA-nın məlumatına görə, Lənkəranda keçirilən görüş Olimpiya Kompleksində baş tutub. Görüşdə Q. Əlibəylinin vəkilləri İltifat Rəhimov, Qorxmaz İbrahimli çıxış edib, namizədin həyat və fəaliyyəti barədə məlumat veriblər.

Q. Əlibəyli isə AXCP-dən istefa verməsi və prezident seçkilərinə qatılmasının səbəbləri ilə seçiciləri tanış edib. O, əhalini seçkidə fəal iştirak etməyə çağırıb. Masalılarla isə görüş Mədəniyyət Evində keçirilib. Burada da vəkillər və namizəd özü çıxış edərək seçiciləri seçkiyə çağırıblar.
/APA/
 Ətraflı
Tarix: 29 Sentyabr 2008   |  Oxunub: 167 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Xarici media nümayəndələri Azərbaycanda keçiriləcək seçkiləri izləmək üçün MSK-ya müraciət edirlər
'XariciAzərbaycanda oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləmək üçün müxtəlif ölkələrin KİV nümayəndələri Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməyə başlayıblar. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, indiyə qədər Rusiyanın NTV telekanalı, “Rossiskaya qazeta”, “Azerros” qəzetləri, Türkiyənin TRT telekanalı, ABŞ-ın “Blomberg”, EPA agentlikləri, İngiltərənin “Reuters” agentliyi, İspaniyanın “El Pais” qəzeti quruma müraciət ediblər. Xarici kütləvi informasiya vasitələrinin MSK-da qeydiyyatı səsverməyə 5 gün qalana qədər davam edəcək.
 Ətraflı
Tarix: 29 Sentyabr 2008   |  Oxunub: 183 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Norveç XİN Azərbaycandakı seçkiqabağı siyasi vəziyyəti öyrənəcək
'Norve231;Norveç XİN Azərbaycandakı seçkiqabağı siyasi vəziyyəti öyrənəcək. Norveç xarici işlər nazirinin müavini Raymond Yohansen bu məqsədlə oktyabrın ilk günlərində Azərbaycana səfər edəcək. Nazir müavininin səfəri onun Cənubi Qafqaz ölkələrinə ziyarəti çərçivəsində oktyabrın 1-2-də nəzərdə tutulub, - şənbə günü Trend News-a Norveçin Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Nazir müavini Azərbaycan Xarici İşlər Nazirliyində ölkənin siyasi partiyalarının liderləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək. Azərbaycanda akkreditə olunmuş Avropa ölkələrinin səfirləri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulub. /Trend/
 Ətraflı
Tarix: 29 Sentyabr 2008   |  Oxunub: 171 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanın sol təmayüllü partiyasına yenidən həmsədrlər seçilib
'Az601;rbaycan305;nAzərbaycanın sol təmayüllü Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə, son beş ildə partiyanın uğurlarının məğlubiyyətlərdən çox olduğunu söyləyib.

«Partiyanın maddi imkansızlığından bir çoxları istifadə edib. 2003 - cü ildə partiyanın altı mindən çox üzvü vardı. Həmin ildə Ayaz Mütəllibovun partiyaya gəlməsi ilə bağlı fövqəladə qurultay keçirdik və bundan sonra partiyaya axın başladı. Üzvlərin sayı 26 mini keçdi. Onlar gözləyirdilər ki, Mütəllibov qayıdıb hansısa bir vəzifə tutacaq və onları da vəzifədə qabağa çəkəcək. Lakin Mütəllibov qayıda bilmədi və bu məqsədlə gələnlər partiyadan uzaqlaşdılar» - Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) şəndə günü Bakıda keçirilən XI qurultayında Əlizadə deyib.

Əlizadə son illər partiyada heç vaxt baş verməyən proseslərin cərəyan etdiyini bildirib. «Partiyada münasibətlərin aydınlaşdırılması, qarşıdurmalar baş verib. Həm Ayaz Mütəllibovun, həm də mənim kadr səhvlərimiz olub», - Əlizadə əlavə edib.

O, hazırda partiyanın üzvlərinin sayının üç mindən artıq olduğunu bildirib.

Azərbaycan müxalifətini təmsil edən sol təmayüllü Sosial Demokrat Partiyasının (ASDP) hazırda Rusiya paytaxtı Moskvada mühacirətdə yaşayan həmsədri, eks-prezident Ayaz Mütəllibov partiyanın fəaliyyətindən narazıdır.

«Son illər partiya üzvlərinin sayı artmayıb və təşkilatın fəaliyyətini genişləndirə bilməmişik», - Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) şəndə günü Bakıda keçirilən XI qurultayına telefon vasitəsi ilə qatılan Mütəllibov bildirib.

Mütəllibov qeyd edib ki, maddi çətinliklər səbəbindən partiyanın fəaliyyəti zəifləyib. Onun fikrincə, buna baxmayaraq, bütün gücləri səfərbər etməklə problemləri aradan qaldırmaq olar.

«Bolşeviklər mübarizəyə başlayanda nə maddi imkanları, nə də avtomobilləri vardı. Lakin onlar mübarizə aparıb, qalib gəldilər. Ona görə də işləmək lazımdır», - eks-prezident əlavə edib.

Mühacir həmsədr bildirib ki, ASDP-nin rayonların əksəriyyətində yerli təşkilatları yoxdur.

Mütəllibov hesab edir ki, partiyanın bir sıra rayon təşkilatları heç bir işlə məşğul olmurlar.

Son zamanlar ASDP-nin daxilində yaranan narazılıqlara toxunan həmsədr deyib ki, partiyada birliyin olması vacibdir.

Mütəllibov bu hadisələri «hörmətsizlik, qanuna tabe olmamaq, Nizamnaməni pozmaq» kimi qiymətləndirib.

«Mən nə heç kimin tərəfini tutmamışam, üstünlük verməmişəm, nə də şübhə altına almamışam», - eks-prezident deyib.

Trend News - un məlumatına görə, şənbə günü partiyanın qərargahında ASDP - nin XI qurultayı keçirilib. Qurultayda 20 - dən artıq rayon və şəhər təşkilatından seçilmiş 103 nümayəndədən 89 - u iştirak edib. Qurultayda partiya həmsədrləri Ayaz Mütəllibov və Araz Əlizadənin, Mərkəzi Komitə və Mərkəzi Nəzarət -Təftiş Komissiyasının hesabatları dinlənilib, partiya rəhbərliyi və seçkili orqanlar yenidən formalaşdırılıb.

Sonra seçkili orqanlara qapalı seçki keçirilib. Ayaz Mütəllibov və Araz Əlizadə yenidən ASDP -nin həmsədrləri seçiliblər. Mərkəzi Komitənin 24, Mərkəzi Nəzarət Komissiyasının 3 nəfərdən ibarət tərkibi də müəyyənləşdirilib. /Trend/
 Ətraflı
Tarix: 29 Sentyabr 2008   |  Oxunub: 197 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Prezidentliyə namizəd Fazil Qəzənfəroğlu Sumqayıtda seçicilərlə görüşüb
'Prezidentliy601;Prezidentliyə namizəd Fazil Qəzənfəroğlu 27 sentyabr Sumqayıtda seçicilərlə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilən görüşdə namizədin vəkili Elxan Şükürlü seçicilərə F. Qəzənfəroğlunun siyasi fəaliyyəti barədə məlumat verib.

F. Qəzənfəroğlu isə çıxışında seçicilərə öz seçki platforması barədə geniş məlumat verib.

Namizədin növbəti görüşü sabah Gəncə seçiciləri ilə təşkil olunacaq. /APA/
 Ətraflı
Tarix: 29 Sentyabr 2008   |  Oxunub: 186 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
YAP seçki-təşviqat kampaniyası ilə bağlı kütləvi aksiyaların ilkin mərhələsinə yekun vurub
'YAPYeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin “İlhamla irəli” seçki-təşviqat kampaniyası ilə bağlı partiyanın icra katibliyi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq keçirilən kütləvi aksiyaların ilkin mərhələsinə yekun vurulub. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, kampaniyanın ilk on günü ərzində keçirilən mitinq-görüşlər və kütləvi aksiyalarda səsvermə hüququna malik Azərbaycan vətəndaşlarının böyük bir qismi iştirak edib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq mitinq-görüşlər və kütləvi aksiyalar yerli icra hakimiyyətlərinin müəyyənləşdirdiyi ünvanlarda keçirilib. Görüş və mitinqlərdə namizədin vəkilləri, YAP rəhbərliyi, YAP-çı millət vəkilləri yaxından iştirak edib. Bu müddətdə Goranboy, Qubadlı, Sabunçu, Şuşa, Zəngilan, Yasamal, Binəqədi, Əzizbəyov, Qaradağ, Suraxanı, Nərimanov, Səbayel, Nəsimi, Nizami rayonlarında seçicilərlə görüşlər olub. /APA/
 Ətraflı
Tarix: 29 Sentyabr 2008   |  Oxunub: 169 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
AMİP İsveçin hakim Moderant Partiyası ilə birgə beynəlxalq konfrans keçirib
'AM304;PAzərbaycan Milli İstiqlal Partiyası (AMİP) İsveçin hakim Moderant Partiyası ilə birgə “Azərbaycanda qadınların ictimai-siyasi həyatda yeri və rolu” mövzusunda beynəlxalq konfrans keçirib. APA-nın məlumatına görə, konfransda Azərbaycanın siyasi partiyalarının və ictimai təşkilatlarının rəhbərliyində təmsil olunan qadınlar iştirak edib.

Jarl Harmson Fondunun layihə meneceri Katarina Valberq, İsveçin Qraflıq Şurasının seçilmiş auditoru, Nyuashman bələdiyyəsinin şura üzvü Yeva Yansa, İsveçin Vestmanland Qraflıq Şurasının siyasi müşaviri Asa Konrad, AMİP-in Siyasi Şurasının üzvü Ceyran Ənsər mövzu ətrafında çıxışlar ediblər.

Konfransda qadınların siyasi fəallığının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbir günün sonuna kimi davam edəcək. /APA/
 Ətraflı
Tarix: 29 Sentyabr 2008   |  Oxunub: 167 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Prezidentliyə namizəd Gəncədə öz seçiciləri ilə görüş keçirib
'Prezidentliy601;Biz Dağlıq Qarabağ probleminin nə sülh, nə də müharibə yolu ilə həllinin tərəfdarı deyilik. Belə bir bəyanatla bu gün Gəncədə öz seçiciləri ilə görüşən Böyük Quruluş partiyasının sədri, prezidentliyə namizəd Fazil Qəzənfəroğlu çıxış edib. Qəzənfəroğlunun sözlərinə görə, onun üçün mülkiyyətin qorunması, vətəndaşların sosial haqlarının müdafiəsi, işsizlik probleminin həlli, əhaliyə SSRİ dövründən qalan əmanətlərin qaytarılması kimi məsələlər daha çox önəm daşıyır.

Prezidentliyə namizəd həmçinin bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı məsələyə toxunub. Qəzənfəroğlu bildirib ki, seçkiqabağı platformasında yeni iş yerlərinin açılması, bölgələrdə zavod və fabriklərin inşası, habelə vətəndaşların mülkiyyət hüquqlarının qorunması kimi məsələlər xüsusi yer tutur. «Əgər bir vətəndaşın əlindən mülkiyyəti alınıbsa, lap bu mülkiyyətə sahibliyini təsdiq edən sənədi olmasa belə, ona müvafiq təzminat ödənilməlidir», - deyə o vurğulayıb.

Səhiyyə və təhsil sahəsindəki problemlərə toxunan Qəzənfəroğlu peşəkar kadrların hazırlanmasının vacibliyini önə çəkib. Onun fikrincə, bunun üçün xaricdə təhsil alan tələbələrin sayını artırmaq lazımdır.

Prezidentliyə namizəd həmçinin bilavasitə prezident seçkilərinə toxunub. Qəzənfəroğlunun sözlərinə görə, onun üçün əsas odur ki, seçkiöncəsi prosesdə namizəd seçicilərinə öz fikirlərini və baxışlarını çatdırmaq imkanı əldə edir.
 Ətraflı
Tarix: 29 Sentyabr 2008   |  Oxunub: 177 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Qüdrət Həsənquliyev Göyçayda seçicilərlə görüşüb
'Q252;dr601;tGöyçay rayonunda prezidentliyə namizəd, BAXCP sədri Qüdrət Həsənquliyevin seçicilərlə görüşü keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, görüşü BAXCP-nin rayon təşkilatının sədri, namizədin vəkili Bəxtiyar Zeynalov açaraq, Q. Həsənquliyevin siyasi konsepsiyası, seçki platforması barədə məlumat verib. Q. Həsənquliyev Azərbaycanın rayonlarında, o cümlədən Göyçayda mövcud olan sosial-iqtisadi problemlərdən danışaraq onların həlli yollarını göstərib. Prezidentliyə namizəd Dağlıq Qarabağ probleminin həlli istiqamətində, təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrində görülməli olan işlər barədə fikirlərini açıqlayıb.

BAXCP sədri rayonlarda namizədlərin təbliğatı üçün kifayət qədər şərait yaradılmadığını bildirib, görüş keçirilən rayon İstehsal-istehlak Kooperativ Cəmiyyətinin zalının şəraitsiz olduğunu da qeyd edib.

Q. Həsənquliyev seçicilərin suallarını cavablandırıb. Seçicilər şikayət məktublarını prezidentliyə namizədə təqdim ediblər. /APA/
 Ətraflı
Tarix: 27 Sentyabr 2008   |  Oxunub: 173 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Namizədlər üçün ayrılan vəsait onların seçki fonduna köçürülüb
'Namiz601;dl601;rPrezident seçkilərində iştirak edən namizədlərə təbliğat-təşviqat kampaniyası üçün dövlət büdcəsindən ayrılan pul vəsaitinin miqdarı iki dəfədən çox artırılıb. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə dövlət büdcəsindən ümumilikdə 144 min manat pul ayrılıb. Bu vəsait isə seçkilərdə iştirak edən 7 namizədin 5-nin arasında bərabər bölünüb və bu gün onların seçki fonduna köçürülüb. Hər namizədə 28.800 manat pul düşüb. M. Pənahov ötən prezident seçkilərində iştirak edən Hafiz Hacıyev və Qüdrət Həsənquliyevin o zaman dövlət büdcəsindən aldıqları vəsaiti geri qaytarmadıqları üçün bu dəfə onlara pul verilmədiyini bildirib. /APA/
 Ətraflı
Tarix: 27 Sentyabr 2008   |  Oxunub: 156 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanın müxalifət partiyalarının əməkdaşlıq formatı fəaliyyətini dayandırıb
'Az601;rbaycan305;nAzərbaycanın müxalifət partiyalarının «dördlər» formatının fəaliyyətinə fasilə verilib.
«Dördlər» formatı prezident seçkisindən sonra fəaliyyətini bərpa edəcək. Seçkidən sonra «dördlər» formatı ya başqa formata transformasiya edəcək, ya da fəaliyyətini dayandıracaq», - deyə burada təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cümə günü Trend News - a bildirib.

Azərbaycanın müxalifət partiyalarının «dördlər» formatında Azərbaycan Demokrat Partiyası, Müsavat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və «Azərbaycan Naminə» İctimai Forum təmsil olunur.

Cəlaloğlunun sözlərinə görə, «dördlər»in görüşünü təşkil etmək artıq aktuallığını itirib.

«Çünki «dördlər» formatı prezident seçkisi ilə əlaqədar yaradılıb və hazırda formatın yaradılması məqsədi ikinci plana keçib. «Dördlər»in fəaliyyətində heç bir yenilik yoxdur və çox güman ki, olmayacaq»,- deyə o bildirib.

ADP sədrinin fikrincə, prezident seçkisindən sonra, mövqe və platforması eyni olan siyasi qüvvələrin geniş koalisiyasını yaratmaq məqsədəuyğun olardı.

«Hələlik indiki şərtlər buna imkan verməsə də, prezident seçkisindən sonra müəyyən siyasi qüvvələr bu istiqamətdə cəhd göstərəcəklər»,- deyə Cəlaloğlu əlavə edib.

O, müxalifət partiyalarının yeni birliyinin yaradılmasını vacib hesab edir. «Bələdiyyə və parlament seçkiləri ərəfəsində daha geniş, müxtəlif siyasi maraqları olan qüvvələrin birləşməsi daha real olacaq. Yeni birliyin yaradılması yeni siyasi dövrdə mümkün olacaq», - deyə o bildirib.

ADP sədri qeyd edib ki, yeni birliyin yaradılması ilə bağlı ideya olsa da, bu istiqamətdə hələlik heç bir partiya ilə müzakirə aparılmır. /Trend/
 Ətraflı
Tarix: 27 Sentyabr 2008   |  Oxunub: 184 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Geri dön << 1 2 3 ... 20 21 22 >> İrəli
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net