Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

BAXCP sədri görüşlər keçirib
'BAXCPBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev və partiyanın funksionerləri beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbərlərinin təşəbbüsü ilə bir sıra görüş keçiriblər. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk görüş ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutun Bakı ofisində keçirilib.
Görüşdə BAXCP-nin səlahiyyətli nümayəndələri seçkilərlə bağlı bir sıra məsələlər ətrafında müzakirələr aparıblar. Daha sonra ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Arjen de Vulff BAXCP sədri ilə görüşüb. Partiyanın seçkilərə hazırlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /APA/
 Ətraflı
Tarix: 29 Avqust 2008   |  Oxunub: 156 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
MDB Müşahidə Missiyasının Bakıda qərargahı sentyabrın 16-da açılacaq
MDB Müşahidə Missiyasının Bakıda qərargahı sentyabrın 16-da açılacaqOktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək MDB Müşahidə Missiyasının qərargahı rəsmi olaraq sentyabrın 16-da fəaliyyətə başlayacaq. Bu barədə APA-ya qərargahın üzvü Oleq Kuleba deyib.

Onun sözlərinə görə, sentyabrın 14-də qərargahın 3 üzvü artıq işə başlayacaq, sonra qərargahın digər üzvləri, o cümlədən Bakıda fəaliyyət göstərən MDB ölkələri səfirliklərindən akkreditə olunmuş müşahidəçilər prosesə qatılacaq və uzunmüddətli müşahidəçilərin sayı 25-30-a çatacaq. Seçkilər günü isə səsverməni 250 nəfərin izləyəcəyi gözlənilir. O. Kulebanın sözlərinə görə, Azərbaycanın bir neçə regionunda qərargahın şöbələrinin açılması da planlaşdırılıb.

Qeyd edək ki, qərargaha MDB İcraiyyə Komitəsinin seçkilər şöbəsinin rəhbəri Yevgeni Sloboda, Müşahidəçi Missiyasına isə MDB icra katibi Sergey Lebedev rəhbərlik edəcək. /APA/
 Ətraflı
Tarix: 29 Avqust 2008   |  Oxunub: 172 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Yaşıllar Partiyasından prezidentliyə namizəd həftə sonu imza vərəqələrini MSK-ya təqdim edəcək
Yaşıllar Partiyasından prezidentliyə namizəd həftə sonu imza vərəqələrini MSK-ya təqdim edəcəkAzərbaycan Yaşıllar Partiyasından prezidentliyə namizəd, partiyanın həmsədri Mais Güləliyev həftə sonu imza vərəqələrini Məkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcək. Bu barədə çərşənbə günü Trend News-a partiyadan bildiriblər.

Yaşıllar Partiyasından verilən məlumata görə, seçici imzalarının toplanması kampaniyası yekunlaşmaq üzrədir. Hazırda 65 dairədən 40 mindən artıq imza toplanıb və indi imza vərəqələrinin ilkin yoxlanılması aparılır. Seçki Qərargahının hazırladığı Təqvim Planına əsasən, avqustun sonunadək 43-44 min imzanın toplanılması gözlənilir.
/Trend/
 Ətraflı
Tarix: 28 Avqust 2008   |  Oxunub: 169 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanın müxalifət partiyası yeni birlikdə təmsil olunmayacağını açıqlayıb
Azərbaycanın müxalifət partiyası yeni birlikdə təmsil olunmayacağını açıqlayıbAzərbaycanın müxalifətyönlü və sol təmayüllü Sosial Demokrat Partiyası prezident seçkisini boykot edən müxalifət partiyalarının yeni birliyinin yaradılmasında iştirak etməyəcəyini açıqlayıb.

«Müxalifətin birliyini yaratmaq heç bir nəticə verməyəcək və hazırda belə bir birlik yaratmaq mümkün deyil», çərşənbə günü Trend News-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.

Əlizadə müxalifətin yeni birliyində təmsil olunmaqla bağlı onlara müraciət olunmadığını bildirib.

«Bu təşəbbüslə çıxış edənlər bilirlər ki, bizə müraciət etsələr, rədd cavabı alacaqlar. Çünki ASDP belə oyunlarda iştirak etmir. Müxalifət prezident seçkisini şəraitin pis olmasına görə boykot etməyib. Onların bu addımı atmaları şəxsi ambisiyaları ilə bağlıdır və yaxşı bilirlər ki, seçki ən demokratik formada keçirilsə də, məğlub olacaqlar. Müxalifətin yeni birlik yaratması da şəxsi ambisiyalara görə baş tutmayacaq», - deyə həmsədr əlavə edib.

Əlizadə qeyd edib ki, indiyə qədər müxalifətin yaratdığı birliklər heç bir nəticə əldə etməyib. Onun fikrincə, boykot tərəfdarları yeni birlik yaratsalar belə, o, bir müddət sonra dağılacaq.
/Trend/
 Ətraflı
Tarix: 28 Avqust 2008   |  Oxunub: 164 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
MDB Müşahidə Missiyasına qurumun icra katibi Sergey Lebedev rəhbərlik edəcək
MDB Müşahidə Missiyasına qurumun icra katibi Sergey Lebedev rəhbərlik edəcəkOktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək Müstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidə Missiyasına qurumun icra katibi Sergey Lebedev rəhbərlik edəcək. APA-nın məlumatına görə, bu barədə MDB-yə üzv ölkələrin daimi nümayəndələr Şurasının Minskdə keçirilmiş iclasında qərar qəbul olunub.

Müşahidə Missiyasına uzunmüddətli və qısamüddətli müşahidəçilər daxil olacaq. Uzunmüddətli müşahidəçilərin gələn ay Bakıya gələcəkləri gözlənilir. Missiyanın Azərbaycanda yaradılacaq seçki qərargahına isə MDB İcraiyyə Komitəsinin Seçkilər şöbəsinin rəhbəri Yevqeni Sloboda rəhbərlik edəcək. Y. Sloboda artıq bir neçə gün əvvəl Bakıda olub, MSK sədri Məzahir Pənahov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşüb.

Şuranın iclasında, MDB XİN başçıları və dövlət başçıları şuralarının oktyabrın 9 və 10-da Bişkekdə keçiriləcək iclaslarının gündəlikləri də təsdiq olunub. Nazirlərə müzakirə etmək üçün 26, prezidentlərə isə 18 məsələ təklif olunur. /APA/
 Ətraflı
Tarix: 28 Avqust 2008   |  Oxunub: 171 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Sərdar Cəlaloğlu: “ADP-nin iştirakı olmadan müxalifətin hər hansı birliyi yarana bilməz”
Sərdar Cəlaloğlu: “ADP-nin iştirakı olmadan müxalifətin hər hansı birliyi yarana bilməz”“Azərbaycan Demokrat Partiyasının iştirakı olmadan müxalifətin hər hansı birliyi yarana bilməz. Çünki müxalifət deyəndə, ilk növbədə, nəzərə gələn birinci partiya ADP-dir. Biz imkan vermərik ki, Azərbaycan müxalifəti əvvəllər olduğu kimi, bu dəfə də yanlış kursla istiqamətləndirilsin”. Bu sözləri APA-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu müxalifətin yeni koalisiyasında ADP-nin iştirak etməyəcəyi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, AXCP müxalifətin Azərbaycana müşahidəçi göndərməmək üçün beynəlxalq təşkilatlara müraciət etməsi təklifini irəli sürür: “Həmçinin, təklif edilir ki, seçkilərdən əvvəl onun nəticələrinin tanınmaması barədə mövqe bildirilsin. ADP isə hesab edir ki, indiki geopolitik vəziyyətdə, həm də bundan əvvəlki təcrübələrə əsasən, bu, yol səhvdir. Biz iqtidara əlavə təzyiqlər təşkil etməklə, əksinə Azərbaycan dövlətçiliyinə ziyan vururuq. Digər tərəfdən, beynəlxalq müşahidəçilərin gəlişinin qarşısını almaq mexanizmi yoxdur. Buna görə də hər iki təklifin gündəmdən çıxarılmasını, müxalifətin daha çox dövlətçiliyi müdafiə etməsi ilə bağlı işbirliyinin yaranmasını təklif etmişik. Bu isə dostlarımızın xoşuna gəlmir”.

AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov da AMİP olmadan hər hansı koalisiyanın perspektivinin olmadığını düşünür. Onun sözlərinə görə, AMİP bu koalisiyadan kənarda qalmayıb, sadəcə partiya özü bu birliyə qoşulmaq istəmir: “Əslində, bizi heç kim kənarda saxlaya bilməz, biz özümüz bu koalisiyada iştirak etmək fikrində olmamışıq. Mövqelərimizdə fərqlər olduğundan belə bir koalisiyada iştirakın tərəfdarı deyilik”.

Bu koalisiyanın yaradılmasının strateji hədəflərə deyil, seçkilərə hesablandığını deyən Ə. Orucov belə birliklərdə iştirak etmək istəmədiklərini vurğulayıb: “Çünki hədəfi bəlli olmayan, ideoloji əsaslar üzərində qurulmayan hər hansı birlikdə təmsil olunmaq məqsədəuyğun deyil. Belə koalisiyaların həm ömrü qısa olur, həm də bu birlik nəticə vermədən dağıldıqda orada təmsil olunanlar qarşılıqlı ittihama keçirlər. Bu isə cəmiyyətdə bir qədər də ruh düşkünlüyü yaradır. AMİP olaraq bu koalisiyanın perspektivini görmürük”.
/APA/
 Ətraflı
Tarix: 28 Avqust 2008   |  Oxunub: 246 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi 15 oktyabr qeyri-iş günüdür
Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi 15 oktyabr qeyri-iş günüdürAzərbaycanda prezident seçkilərinin keçiriləcəyi gün - oktyabrın 15-i qeyri-iş günüdür. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib. Onun sözlərinə görə, səsvermə iş gününə - çərşənbəyə təsadüf etsə də, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə uyğun olaraq, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab edilmir.

Qeyd edək ki, Konstitusiyanın 100-102-ci maddəsinə görə, Azərbaycanda prezident seçkiləri 5 ildən bir, prezidentin səlahiyyət müddəti başa çatdığı ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü keçirilir.
/APA/
 Ətraflı
Tarix: 28 Avqust 2008   |  Oxunub: 200 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycan müxalifətinin birliyi və əməkdaşlığı səmimi olmur – müxalifətçi lider
Azərbaycan müxalifətinin birliyi və əməkdaşlığı səmimi olmur – müxalifətçi liderAzərbaycan müxalifətini təmsil edən Milli Birlik Hərəkatnın lideri və «Azadlıq» blokunun həmsədri Lalə Şövkət hesab edir ki, müxalifətin birliyi və əməkdaşlığı səmimi olmur.

«Ona görə də müxalifətin əməkdaşlığı uzun müddət davam etmir» - çərşənbə günü Trend News-un müxalifətin yeni birliyinin yaradılmasının mümkünlüyü ilə bağlı sualını cavablandıran Lalə Şövkət bildirib.

Onun fikrincə, müxalifətin birliyinin yaradılması sosial sifarişdir. Şövkət qeyd edib ki, eyni zamanda, real müxalifət partiyaları seçkini boykot edəndən sonra əməkdaşlıq məsələsi aktuallaşıb.

«Mən həmişə birliyin tərəfdarı olmuşam. Amma real qüvvələrin və səmimi birliyin tərəfdarıyam» Şövkət əlavə edib.

O hesab edir ki, müxalifətin yeni birliyi prezident seçkisinə münasibət üzərində qurulmalıdır.

«Hazırkı vəziyyətdə müxalifətin birliyinə daha çox ehtiyac var və buna önəm verilməlidir. Lakin birlik funksional olmalı və müəyyənləşdirilmiş mövqe üzərində qurulmalıdır. Hesab edirəm ki, bu mövqe prezident seçkisinə münasibətdən irəli gəlməlidir», - deyə Şövkət əlavə edib.

Onun fikrincə, yeni əməkdaşlıq mərkəzinin yaradılmasında tələskənliyə yol vermək olmaz.

Azərbaycan Demokrat və Milli İstiqlal partiyalarının yeni birliyin yaradılmasında iştirak etməməsinə münasibət bildirən Şövkət deyib ki, yeni əməkdaşlığın yaradılmasında daha çox partiyanın iştirak etməsini istəyir: «Bu gün əməkdaşlığın səmərəsindən daha çox, partiyaların mövqeyi əhəmiyyət daşıyır. Seçkini boykot edən qüvvələr bəyan ediblər ki, prosesdə iştiraka şərait yoxdur. Əgər buna görə seçki boykot olunubsa, partiyaların mövqeyi də vəziyyətin və şərtlərin qiymətləndirilməsilə uyğun olmalıdır. Başqa mövqe ola bilməz. Daha çox partiya əməkdaşlıq məsələsində mövqe bildirsə, daha yaxşı olar. Amma hansısa partiya bundan imtina edibsə, bu da onların öz hüquqlarıdır». /Trend/
 Ətraflı
Tarix: 28 Avqust 2008   |  Oxunub: 173 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
İqbal Ağazadə MDİ-nin Bakı Ofisinin rəhbəri ilə görüşüb
İqbal Ağazadə MDİ-nin Bakı Ofisinin rəhbəri ilə görüşübÜmid Partiyasının sədri İqbal Ağazadə ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Arjen de Vulff ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə A. Vulff Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər, partiyanın seçki prosesinə münasibəti, imzatoplama kampaniyası zamanı regionlarda və paytaxtda baş verənlərlə maraqlanıb. Azərbaycanda seçki situasiyası ilə bağlı ilkin təəssüratlarını bölüşən MDİ nümayəndəsi vətəndaş cəmiyyətinin qurulması prosesində siyasi partiyaların rolu, hər iki təşkilat arasında gələcək əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparıblar. A.Vulff seçki təbliğatı zamanı rəhbərlik etdiyi qurumun təcrübəsinin Ümid Partiyası Seçki Qərargahı üzvləri ilə bölüşdürülməsi və partiyanın gələcək siyasi fəaliyyət planları ilə bağlı öz təkliflərini bildirib.
 Ətraflı
Tarix: 28 Avqust 2008   |  Oxunub: 208 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
MSK vətəndaşları seçkilərdə iştiraka çağıran iki plakat hazırlayıb
MSK vətəndaşları seçkilərdə iştiraka çağıran iki plakat hazırlayıbMərkəzi Seçki Komissiyası (MSK) seçiciləri oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştiraka çağıran 2 fərqli plakat hazırlayıb. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, hər biri 20 min tirajla çap olunan plakatların artıq aşağı seçki komissiyalarına paylanmasına başlayıb. MSK seçicilərin səsverməyə çağırışı ilə bağlı səsvermə gününə kimi digər tədbirlər də həyata keçirməyi planlaşdırır.
/APA/
 Ətraflı
Tarix: 28 Avqust 2008   |  Oxunub: 192 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanın iqtidaryönlü partiyası prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlayıb
Azərbaycanın iqtidaryönlü partiyası prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlayıbAzərbaycanın iqtidaryönlü Ana Vətən Partiyası (AVP) prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlayıb.

«Mənim rəhbərliyim ilə seçkilərdə təbliğat-təşviqat dövründə hansı formada iştirak etmək, hansı metodlardan yararlanmaqla bağlı tədbirlər hazırlanıb. AVP seçkiləri müşahidə edəcək və bunun üçün partiya üzvləri ayrılacaq», çərşənbə axşamı Trend News-a AVP sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
 Ətraflı
Tarix: 27 Avqust 2008   |  Oxunub: 143 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Avropa Şurası seçki dövründə medianın bütün namizədlərə bərabər şərait yaratmasını vacib sayır
Avropa Şurası seçki dövründə medianın bütün namizədlərə bərabər şərait yaratmasını vacib sayırAvropa Şurasının eksperti Paskal Muni hesab edir ki, seçkilər dövründə mətbuatın əsas vəzifəsi siyasətçilərin bəyanatlarını yaymaq deyil, vətəndaşların istədikləri məlumatları onlara çatdırmaqdır.

«Medianın bütün tərəflərə bərabər şərait yaratması vacibdir», çərşənbə axşamı Bakıda keçirilən konfransda Avropa Şurasının eksperti bildirib.
 Ətraflı
Tarix: 27 Avqust 2008   |  Oxunub: 154 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Geri dön << 1 2 3 ... 12 13 14 >> İrəli
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net