| |
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
|
|
Axtarış |
|
|
|
 |
|
 |
Sorğu |
|
| Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi? |
|
|
 |
|
 |
|
|
|
|
Azərbaycanda tanınmış müxalifət liderlərinin və bitərəf siyasətçilərin təmsil olunduğu yeni qurum yaradılır
|
 Azərbaycanda tanınmış müxalifət liderlərinin və bitərəf siyasətçilərin təmsil olunduğu yeni qurumun yaradılması nəzərdə tutulur. «Mənim tərəfimdən məşhur siyasətçilərdən, bitərəflərdən ibarət mərkəzin yaradılması təklifi hazırlanıb. Təxminən 10-15 fərdin bir araya gəlməsi və ümumdemokratik hərəkatın başlanmasını, bunun yönləndirilməsini mümkün hesab edirəm. Daha çox bu istiqamətdə düşünürəm və fərd olaraq bəzi şəxslərlə danışıqlarım olub», cümə axşamı Trend News-a müxalifətdən olan millət vəkili, Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn məlumat verib.
|
 Ətraflı
|
|
Azərbaycanın hakim partiyası müxalifət partiyalarından istefaların olacağını proqnozlaşdırır
|
 Hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, prezident seçkilərində iştirakdan imtina ənənəvi müxalifət daxilində ciddi fəsadların yaranmasına təkan verib. «Bu proses müxalifətin daha da zəifləməsi ilə nəticələnəcək və artıq bunu müşahidə etməkdəyik»,- cümə axşamı Trend News-a YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə son vaxtlar seçkidə iştirakdan imtina edən partiyalarda müşahidə olunan bəzi istefaları şərh edərkən bildirib.
|
 Ətraflı
|
|
Azərbaycan beynəlxalq təşkilatlara rəsmi dəvət göndərib
|
 Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK), Xarici İşlər Nazirliyi və Milli Məclis oktyabrın 15-də keçiriləcək prezident seçkilərinin müşahidəsini aparmaq üçün bir sıra beynəlxalq təşkilata rəsmi dəvət göndərib. Bu barədə APA-ya MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib. Onun sözlərinə görə, ATƏT, ATƏT-in Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Avropa Şurasının Parlament Assambleyası dəvətlilər sırasındadır.
|
 Ətraflı
|
|
ABŞ separatçı Dağlıq Qarabağ rejiminə yardım göstərir – azərbaycanlı deputat
|
 ABŞ - parlamenti separatçı Dağlıq Qarabağ rejiminə yardım göstərən yeganə ölkədir,- Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr üzrə daimi komissiyasının sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva bildirib. “Müstəqillik əldə etməklə biz gördük ki, real Amerika bizim şüurumuzda ideallaşdırdığımız Amerikadan fərqlənir”, - o bildirib.
|
 Ətraflı
|
|
Azərbaycanın müxalifət partiyasının Ali Məclisinin tərkibi yenidən formalaşacaq
|
 Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinə yeni sədr seçilməsi partiyanın qurultayına qədər təxirə salına bilər. «Biz çalışırıq ki, bu ilin sonuna kimi qurultayımızı keçirək. Qurultayda Ali Məclis üzvləri yenidən seçiləcək və bu baxımdan, Ali Məclisə sədr seçkisi qurultayda baş tuta bilər» - deyə çərşənbə günü Trend News-a AXCP-nin sədr müavini Fuad Müstafayev bildirib. AXCP-nin Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli ötən həftənin cümə günü partiyadan və tutduğu vəzifədən istefa verib.
|
 Ətraflı
|
|
|
|
Son xəbərlər
|
|
|
|
 |
|
 |
|